Xəstəxanaya yerləşdirilən Rəmişdən XƏBƏR VAR - FOTO

Xəstəxanaya yerləşdirilən Rəmişdən XƏBƏR VAR - FOTOHəyat yoldaşı Güllü Hüseynova Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) səhhəti haqda açıqlama verib.

BiG.AZ xəbər verir ki, bu haqda AzTV-yə danışan G.Hüseynova musiqiçinin yaxşılaşdığını bildirib. O deyib ki, Rəmişi vaxtında xəstəxanaya yerləşdiriblər:

"Həkimlər, tibb bacıları ona çox yaxşı baxırlar. Prezident İlham Əliyevlə Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürümü bildirirəm. Rəmiş nəfəs alır, yenidən həyata göz açıb. Ayağa dursun, öz ayaqları üstündə evə getsin".

Qeyd edək ki, Rəmiş yanvarın 28-də Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın göstərişi ilə xəstəxanaya yerləşdirilib.

O, sirroz, tənəffüs çatışmazlığı, qaraciyər çatışmamazlığı, ağciyər problemindən əziyyət çəkir./Axşam.az

Xəstəxanaya yerləşdirilən Rəmişdən XƏBƏR VAR - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1467   Tarix: 03 mart 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş