Nazirlikdən məktəblərin yenidən bağlanması ilə bağlı AÇIQLAMA

Nazirlikdən məktəblərin yenidən bağlanması ilə bağlı AÇIQLAMATəhsil Nazirliyi martın 3-dən 9-dək Azərbaycanda bağçalar, məktəblər və universitetlərin virusla əlaqədar fəaliyyətini dayandırması ilə bağlı məsələyə aydınlıq gətirib.

Bu barədə qurumun İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov sosial şəbəkə hesabında bildirib ki, yayılan məlumatlar səhvdir:

"Xahiş olunur ki, ötənilki məlumatı bu ilə uyğunlaşdırmayasınız. Tədris pandemiya səbəbindən ilk dəfə olaraq 3-9 mart 2020-ci ildə dayandırılmışdı. Bu il isə 2021-ci ildir, dərslərimiz də öz qaydasında davam edir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 5390   Tarix: 02 mart 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş