Azərbaycanda pandemiya ilə bağlı daha bir QADAĞA

Azərbaycanda pandemiya ilə bağlı daha bir QADAĞAAzərbaycan telekanalları və radioları bu il keçiriləcək "Formula-1" üçün media akkreditasiyasından keçə bilməyəcək.

BiG.AZ Oxu.Az-a istinadən xəbər verir ki, buna səbəb yarışın pandemiya şəraitində keçirilməsidir.

Qeyd edək ki, yalnız media akkreditasiyasından yayım hüququ olan AzTV-yə ("İdman TV") akkreditasiya veriləcək. Bundan başqa, yerli və xarici yazılı KİV nümayəndələrinin sayında da azalmalar olacaq. Burada əvvəllər "Formula-1" üçün akkreditasiya almış yerli saytlara üstünlük veriləcək.

4-6 iyun tarixlərində keçiriləcək yarış üçün təxminən 50-dən çox yerli media nümayəndəsi qeydiyyatdan keçə biləcək. Ümumilikdə isə 150-dən çox yerli və xarici media nümayəndəsinin qeydiyyatına icazə veriləcək.

Qeyd edək ki, media akkreditasiya prosesi bugündən başlayıb və martın 20-dək davam edəcək.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4562   Tarix: 02 mart 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş