Bakıda beşmərtəbəli binada yanğın, sakinlər təxliyə olundu

Bakıda beşmərtəbəli binada yanğın, sakinlər təxliyə olunduBakı şəhərinin Qaradağ rayonunda beşmərtəbəli yaşayış binasınin zirzəmisinə yığılan yeddi ədəd xalça və istifadəyə yararsız ev əşyaları 25 m² sahədə yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qatı tüstülənmədən zərər görməmələri üçün binanın yuxarı mərtəbələrindən 25 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 558   Tarix: 01 mart 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş