72 yaşlı kişi məşuqəsi tərəfindən qarət edildi

72 yaşlı kişi məşuqəsi tərəfindən qarət edildi72 yaşlı Moskva sakini ailə üzvlərinin səfərdə olmasından istifadə edərək əylənmək qərarına gəlib.

Yaşadığı mənzilə məşuqəsini dəvət kişi onun evi tərk etməsindən sonra xəbər tutub ki, ailənin 1,5 milyon rubl (34 min manat) dəyərində müxtəlif zinət əşyaları yoxa çıxıb.

Hüquq mühafizə orqanlarına müraciət edən yaşlı kişi izahatında evinə məşuqəsini çağırdığını etiraf etmək məcburiyyətində qalıb.

Polislərin axtarışları öz nəticəsini verib.

Bir neçə saatdan sonra saxlanılan qadın dəvətini qəbul etdiyi kişinin evindən oğurluq etdiyini boynuna alıb./Oxu.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 957   Tarix: 01 mart 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş