Rusiyada dörd nəfərdən ibarət ailə qətlə yetirilib
Rusiyada dəhşətli qətl hadisəsi baş verib.
"Report"un məlumatına görə, bu barədə "TASS"a hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.
Belə ki, Nijeqorod vilayətinin Kudma kəndində bir ailənin üzvləri - kişi, iki qadın və azyaşlı uşaq işgəncə ilə öldürülüb.
Hadisə ilə bağlı cinayət işi açılıb, polis tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxsin tapılıb-tutulması istiqamətində istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri aparılır.
BiG.Az


Xəbərlər Baxılıb: 1406 Tarix: 28 fevral 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş