Samuxda iki nəfər bıçaqlanıb

Samuxda iki nəfər bıçaqlanıbSamux rayonunda iki nəfər mübahisə zəminində bıçaq xəsarəti alıb.

"Report"un Qərb mərkəzinin məlumatına görə, hadisə rayonun Qarabağlar kəndində qeydə alınıb.

Samux rayon sakinləri, 37 yaşlı Elçin Məmmədov və 45 yaşlı Eldəniz Həsənov mübahisə zəminində bıçaqlanıblar.

Hər iki yaralı xəstəxanaya yerləşdirilib.

Hadisənin hansı səbəbdən və kim tərəfindən törədildiyi hələ ki məlum deyil.

Faktla bağlı araşdırma aparılır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 436   Tarix: 28 fevral 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş