"Meyvəli" bazarında yanğın söndürülüb - YENİLƏNİB

"Meyvəli" bazarında yanğın söndürülüb - YENİLƏNİBFövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, "Meyvəli" bazar adlanan ticarət mərkəzində yerləşən mağazaların birində yanğın olması barədə məlumat daxil olub.

Nazirlikdən BiG.AZ-a bildirilib ki, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin səyi nəticəsində yanğın daha geniş əraziyə yayılmasının qarşısı alınaraq qısa müddətdə söndürülüb.

20:54

Lökbatan qəsəbəsi ərazisindəki "Meyvəli" bazarında yanğın olub.

"Report"un məlumatına görə, yanğın ərzaq mağazalarının birində qeydə alınıb.

Artıq əraziyə yanğınsöndürənlər cəlb olunub, yanğının söndürülməsi üçün tədbirlər görülür.

Yanğının miqyası və təfərrüatı barədə məlumat veriləcək.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4679   Tarix: 28 fevral 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş