S.Bussua: "Azərbaycan "Qafqazın əjdahası"na çevrilib"

S.Bussua: "Azərbaycan "Qafqazın əjdahası"na çevrilib""General de Europe" jurnalında siyasət elmləri doktoru və Yaxın Şərq araşdırmaçısı Sebastyan Bussuanın "Dağlıq Qarabağın yenidən qurulması və qonşu ölkələr arasındakı münasibətlərin inkişafı coğrafi bir çağırışdır" başlıqlı məqaləsi dərc olunub.

Yazıda bildirilir ki, Cənubi Qafqazdakı müharibə artıq bitib və Azərbaycanın üzərində böyük öhdəliklər var. Ölkə həm Ermənistanla münasibətlərini normallaşdırmalı, həm də Qarabağın yenidən qurulmasını və yüz minlərlə qaçqının öz yurdlarına qayıtmasını təmin etməlidir. Lakin vəziyyət olduqca mürəkkəbdir, çünki ermənilər 27 il ərzində işğal altında saxladıqları əraziləri nəinki inkişaf etdirib, əksinə bütün mövcud infrastrukturu dağıdıblar. İndi Azərbaycan əraziləri minalardan təmizləməkdən başlayaraq, çox iş görməlidir. Bu, həm də ölkə üçün çoxmədəniyyətli bölgəni təbii turizm zonasına çevirmək üçün misilsiz fürsətdir.

Məqalədə qeyd olunur ki, bölgədə sülh Rusiyanın himayəsi altında imzalanan üçtərəfli müqavilə ilə qorunur. Lakin bu razılaşmanın kağız üzərində qalmaması üçün hələ çox işlər görülməlidir.

Azərbaycan iki xalq arasında münasibətləri normallaşdırmağa çağırır. Bu, Azərbaycanın mədəni və etnik müxtəlifliyinindən doğur.

Müəllif Qarabağ və Naxçıvanın əlaqələndirilməsinin vacibliyindən də bəhs edir. O bildirir ki, ölkənin cənub-qərbindəki Zəngilan şəhərindən başlayacaq və on illər ərzində ilk dəfə İrana keçmədən Azərbaycanı və onun Naxçıvan vilayətini birləşdirəcək dəhlizin məqsədi regional inkişafı təmin etmək olmalıdır. Bu dəhliz həm də Çin İpək Yolunun bir şaxəsi kimi ona daha çox ehtiyacı olan Ermənistan üçün iqtisadi baxımdan böyük fürsətdir. Çünki bu regional iqtisadi əməkdaşlıq avropalıların da bölgəyə marağını artıracaq və onlar yoxsulluq içində batan Ermənistana kömək edəcəklər. Hər halda, iki ölkə arasındakı davamlı bir sülh daha çox iqtisadiyyatdan asılıdır. Buna görə də iqtisadi maraqların bir araya gəlməsi olduqca vacibdir.

Sonda S.Bussua Azərbaycanın "Qafqazın əjdahasına" çevrildiyini, Ermənistanın isə kasıb bir ölkə olduğunu xatırladır. O qeyd edir ki, bu gün Azərbaycan bütün regionu canlandırmaq və bölgəni misilsiz turizm, iqtisadi və mədəni cazibə qütbünə çevirmək gücünə malikdir. Bu isə əslində bütün tərəflərin marağına uyğundur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 620   Tarix: 28 fevral 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672