Sevgilisi damarlarını doğradı, xanımı ona görə intihar etdi – Azərbaycanlı yazıçının FİLM KİMİ HƏYATI

Sevgilisi damarlarını doğradı, xanımı ona görə intihar etdi – Azərbaycanlı yazıçının FİLM KİMİ HƏYATIBiG.AZ kulis.az-a istinadən yazıçı Eyvaz Əlləzoğlu haqqında maraqlı faktları təqdim edir.

Eyvaz Əlləzoğlu Gürcüstanın Qardabani (tarixi adı Qarayazı) rayonunun Muğanlı kəndində dünyaya göz açıb. Bu kəndin dörd tərəfi gürcü kəndləridir. Eyvaz uşaqlıqdan gürcülərlə iç-içə yaşayıb, onların yaşayışına, mədəniyyətinə bələd olub. İlk təhsilini elə ordaca alır. Uşaq vaxtı nənəsinin ona danışdığı nağıllardan ilhamlanıb hekayələr yazmağa başlayır.

***

Tbilisi Pedaqoji İnistitutunun gürcü dili və ədəbiyyatı fakültəsini bitirən Eyvaz gürcü dilini ana dili kimi bilir, gürcü yazıçılarının əsərlərini Azərbaycan dilinə tərcümə edir, gürcü ədiblərlə (məsələn, Qoderzi Çoxeli) ilə dostluq münasibətləri qururdu. Hazırda Fransada yaşayan məşhur gürcü rejissoru Otar İoselianidən fərdi dərslər almışdı. Dediyinə görə, ilk dəfə Folknerin adını ondan eşidib. Rejissordan aldığı dərslər onun sənət təsəvvürünün hüdudlarını genişləndirib. Təkcə ədəbiyyat sahəsində deyil, kino, rəssamlıq haqda da zəngin biliyə yiyələnib.

Atası maldar olub. Eyvazın yazıçılıq eləməsini atası qəbul edə bilmir, ona avara kimi baxırdı. Eyvaz tənbəl imiş, yuxudan gec durur, kənd işlərində atasına kömək etmirmiş. Ata ilə oğul arasında mübarizələr, bəzən küslüklər yaşanıb. Bir dəfə atası ona bir iş tapşırır. Eyvaz həyətdə kitab oxuyurmuş. Atası çıxıb gedir, qayıdanda onun yenə eyni vəziyyətdə kitab oxuduğunu, tapşırığı yerinə yetirmədiyini görüb bərk əsəbləşir. Onda oğluyla aralarında qızğın mübahisə düşür. Axırda atası Eyvaza möhkəm şillə ilişdirir, Eyvaz yıxılır. Anası gəlib Eyvazın üzünə su vurur, ərini danlayır. Ara qarışanda Eyvaz yoxa çıxır. Bütün ailə gecə qaş qaralana qədər kənddə onu axtarır, Eyvazı gördüm deyən olmur. Axırda onu evin damında tapırlar.

Tələbəliyi çox rəngarəng keçib. Qızların sevimlisi imiş. Dövrün dəbinə uyğun geyimləri ilə qızların diqqətini çəkməyi bacarırmış. Sevgililərinin şəkilləri evlənəndən sonra da albomunda var idi. Öz sevgililərindən hərdən oğullarına danışırmış. Bir sevgilisindən ayrılıbmış, o da ağlaya-ağlaya Eyvazın yaşadığı kəndi tapıb, soraqlaya-soraqlaya evlərinə gəlib. Həmin gün Eyvaz evdə yoxmuş. Qızı anası qarşılayıb. Qız ağlaya-ağlaya Eyvazı sevdiyini, onunla yaşamaq istədiyini deyib. Sonra qollarındakı kəsikləri göstərib. Sən demə, qız damarlarını doğrayıbmış. Anası qızın bu halını görüb üzülüb, onu razı salıb, deyib Eyvazla özüm danışacam, narahat olma. Gecə Eyvaz evə gələndə anası əhvalatı oğluna danışıb. Eyvaz bircə kəlməylə kəsdirib atıb: "Dəlidi, ay maa..."

Eyvaz Əlləzoğlunun xanımı Ceyran xanımla evlənməsi də maraqlı olub. Başqa bir qızla nişanlı olan Eyvaz toy hazırlığı görürmüş. Rusiyada istirahətdə olan və uzaq qohumu sayılan Ceyran xanım da öz bacısı ilə Eyvazın toyuna yetişmək üçün tələsik yola çıxırlar. Kəndə gələndə Eyvazın nişanı atdığını və anasının ona elçi düşdüyünü görüb şoka düşürlər. Heç kimə nişanı atdığının səbəbini açıqlamayan Eyvaz "gedin kimi istəyirsiniz gətirin" deyib. Çoxdandır Ceyranı gəlin kimi görən Eyvazın anası onlara elçi düşür və qızı oğluna gəlin gətirir.

32 yaşında evlənirlər. Toy günü qar yağır. Nə qədər təkid etsələr də bəy fotoqraf çağırmır. Və toy günü ilə bağlı heç bir fotoları olmur.

***

Qıcqanc imiş. Yoldaşını hədsiz qısqanır, onu işləməyə belə qoymurdu. Günlərin birində taksi ilə evə gəlirlərmiş. Yolboyu Eyvaz taksi şoferindən şübhələnib, onun maşının ön güzgüsündən yoldaşını süzdüyünü düşünüb. Axır-axırda sürücü "Ceyranım" mahnısını qoşanda dəliyə dönüb, maşını saxlatdırıb. Küçənin ortasında həyat yoldaşı Ceyran xanıma deyib ki, o kişi sənin adını hardan bilir. Yoldaşı da başını bulayıb və bu qısqanclığa anlam verə bilməyib.

Birinci uşağı dünyaya gələndə Oğuz adı verdiyinə görə evdə dava düşüb. Deyiblər, babanın adını verməlisən uşağa. Uzun mübahibəsədən sonra qalib çıxıb və oğluna istədiyi adı verib. Bunun üstündə ən yaxınları ondan küsüblər. Sonra qızı olanda ona öz anasının adını verib – Gülbəs. Bununla da küsülüyü aradan götürüb. "Pop art" adlı silsilə hekayələri ilk oğlu Oğuza həsr olunub. Bu hekayələri gecəyarı oğlunun ağlamasına oyananda qələmə alıbmış.

***

1993-1996-cı illər ərzində Prezident Aparatının Milli Siyasət şöbəsində məsləhətçi kimi işləyib. Elçibəyin vaxtında işlədiyi vaxtların birində kəndə gəlib, kişilər başına yığışıb, yüksək vəzifədə işləyən Eyvaza ordan-burdan suallar veriblər. Axırda bir kişi soruşub ki, sən neçənçi mərtəbədə oturursan. Eyvaz neçənci mərtəbə olduğunu deyib. "Necə yəni sən Elçibəydən yuxarıdamı oturursan?" deyib kişilər əlini yelləyib dağılışıblar. Bu söhbət Eyvazın atasına çatıb və o oğlunun yalan danışdığına görə onu bir neçə il danışdırmayıb.

***

1996-1998-ci illərdə Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyində ikinci katib kimi fəaliyyət göstərib. O illər ailəsi ilə Tiflisdə yaşayırdı. Sonradan E.Əlləzoğlu gördüyü haqsızlığa dözə bilməyib ərizəsini yazır, işdən çıxır və o gündən sonra Bakıda yaşamağa qərar verir. Bir müddət işsiz qalır, sonra "Balbala" uşaq jurnalına düzəlir. Tənqidçi, onunla bir yerdə işləmiş Arif Əmrahoğlu bir etirafında deyir ki, hamımız məmur ola bildik, amma Eyvaz məmur ola bilmədi.

Eyvaz söyüşcül imiş. İş yerində söyüş söyməyi problem yaradar, rəhbərliyə çatdırarlar deyə iş yoldaşı qorxuya düşür. Hər dəfə Eyvaza söyüş söyməməyini desə də, xeyri olmur. Axırda bir gün unikal bir tapıntı ilə Eyvaza deyir: "Söy, amma gürcücə söy, belə heç kim başa düşməz".

***

2004-cü ildə Sahil bağında Orhan Pamukla rastlaşıb. Həmin gün Pamuk AYB-yə qurultaya çağırılıbmış. Eyvazı Sahil bağında görən ünlü yazar "Yazarlar Birliyi nerede?" - deyə soruşub. Eyvaz onu tanıyır və AYB-nin binasını göstərir. Pamukun bir az vaxtı varmış, ayaqüstü onunla söhbətləşir. Aralarında "kənd-şəhər mövzusu" mübahisəsi yaranır. Eyvaz yazıçının kənd-şəhər bölgüsünü doğru hesab etməyib. Deyib ki, kənddən də yazmaq olar, şəhərdən də, əsas sənətkarlıqdır. Pamuk isə qərblilər kimi düşünməliyik deyir.

Eyvəz Əlləzoğlunun taleyinə Barış Manço ilə görüşmək də qismət olub. Hətta keçmiş Gürcüstan prezidenti Saakaşviliylə araları yaxşıymış.

Şöhrət hissi, özünü göstərmək, publikaya çıxmaq, hətta adicə jurnalistlərə müsahibə vermək belə ona yad idi. Bir dəfə şair İlqar İlkin qəzet çıxaracaqlarını və bir sorğu keçirəcəklərini Eyvaza deyir. Eyvaz soruşur ki, nə sorğusudur. İlqar İlkin də deyir, kim nə oxuyur, onu soruşacağıq. Eyvazın cavabı o günlərdə ədəbi mühitdə ağızdan-ağıza dolaşır:

"Ədəbiyyatı şouya çevirməyin!"

***

"Əli və Nino" kitab mağazasının təsis etdiyi Milli Kitab mükafatında "Odunçu geri qayıdır" romanı xüsusi mükafatla təltif olunmuşdu. Əslində, müsabiqəyə romanı özü göndərmir. Hətta bundan xəbərsiz olur. Çünki yazıçının nə dünya ədəbiyyatına düşmək kimi bir iddiası, nə də şan-şöhrətli yazıçı olmaq niyyəti heç vaxt olmayıb. Onun belə bir fikri də var: "Ədəbiyyat məğlubların yeridir, burda qalib olmur".

Romanı müsabiqəyə kiçik oğlu Ayxan göndərir. Onluğa düşdüyünü biləndə xəbərsiz edilən hərəkətə görə bir az əsəbləşsə də sonradan sakitləşir.

Yazıçı kimi təqdim olunmaqdan utanırmış. Yeganə Azadlıq Radiosuna müsahibə vermişdi, o da yazıçının ilk və son müsahibəsi oldu. Orda demişdi: "Hər gecə yuxuma girən, xatirimə gələn kəndimizin o çox sadə adamlarından xilas olmaq istəyirəm".

***

Son illər səyyar tərcüməçiliklə məşğul olur, gürcü dilindən tərcümə etdiyi sənədlərin hesabına dolanırdı. Küçədə tərcümə gözləyərkən ona zəng gəlir: "Eyvaz müəllim, sizi verilişə dəvət etmək istəyirik..." O, əsəbləşir: "Məni səhv salmısınız kimləsə, mən yazıçı deyiləm, fəhləyəm".

Eyvazın doğulduğu kəndlə qonşu olan gürcü kəndində bir yazıçı yaşayırmış: Revaz İnanişvili. Sonradan hər ikisi bir-birindən xəbər tutur və qəribədir ki, yazdıqlarında oxşarlıqlar tapırlar. Kəndlərini ayıran çayın o tərəfində Eyvaz, bu tərəfində Revaz qalır, yazdıqlarında da fərq yalnız görüntüdə imiş. Eyvaz öz tərəfindəkiləri, Revaz da öz yanındakıları yazırmış.

***

Yeniyetməliyindən gündəlik yazırdı, yüzlərlə dəftərə yazdığı gündəliklər indi də durur. O, gündəlik yazmağı evli olanda da davam etdirir. Lakin yoldaşının gündəliyi oxumağından sonra bu işi tərgidir.

***

26 fevral 2011-ci ildə qəfil insultdan dünyasını dəyişdi. Yazıçının yeddisindən sonra həyat yoldaşı onun yoxluğuna dözə bilməyib intihar etdi.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2856   Tarix: 27 fevral 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741