Ona Bakının Alen Delonu deyirdilər, son filmini çəkib Azərbaycandan getdi... - "Dədə-Qorqud"un Turalı necə Mark Jozef oldu?

Ona Bakının Alen Delonu deyirdilər, son filmini çəkib Azərbaycandan getdi... - "Dədə-Qorqud"un Turalı necə Mark Jozef oldu?BiG.AZ kulis.az-a istinadən azərbaycanlı aktyor Fərhad Yusifov haqqında maraqlı faktları təqdim edir.

Fərhad Fəttah oğlu Yusifov 27 sentyabr 1954-cü ildə Moskvada anadan olub. Orta məktəbi Bakıdakı Konservatoriya yanında Xüsusi Musiqi Məktəbini pianoçu kimi bitirmiş Fərhad Yusifov sonra aktyorluq fakültəsinə daxil olaraq ikinci təhsil alır. Universitet illərindən səhnəyə çıxır, konsertlər təşkil edir.

***

Aktyorluq fəaliyyəti ilə məşğul olsa da, Fərhadın ürəyindəki ən böyük arzu rejissorluq olur. Arzusunu reallaşdırmaq üçün Moskvada VGİK-in rejissorluq şöbəsinə daxil olur. Məşhur sovet rejissoru Yefim Dziqanın kursuna qəbul olunur. Dziqan onun ilk rejissorluq işinə rəhbərlik edir.

***

VGİK-i biriəndən sonra o, yenidən Bakıya qayıdır. Bir sıra ekran əsərlərində "Siyavuş haqqında dastan", "Nizami", "Dədə Qorqud", "Yarımçıq qalmış mahnı" filmlərində müxtəlif obrazları canlandırır.

"Tacikfilm"in istehsalı olan rejissor Boris Kimyagərovun Firdovsinin "Şahnamə" əsəri əsasında "Siyavuş haqqında dastan" filmində canlandırdığı Siyavuş obrazı Rusiya və Tacikistanın kino həvəskarları arasında məşhurluq qazanıb. Bunu Rusiya mətbuatının tez-tez Fərhad Yusifovun yaradıcılığına müraciət etməsi, habelə kinosevərlərin azərbaycanlı aktyorla maraqlanmaları da sübut edir. Filmdə Fərhad kaskadyorun etməli olduğu bütün təhlükəli tryukları özü yerinə yetirir.

***

1975-ci ildə rejissor Tofiq Tağızadənin ekranlaşdırdığı "Dədə Qorqud" filmində Tural obrazını canlandırandan sonra o, böyük məşhurluq qazanır. Onu "Bakının Alen Delonu" adlandırırlar. Filmdə Günel obrazını canlandıran aktrisa Dinarə Yusifova isə aktyorun bacısıdır.

***

Aktyor 1986-cı ildə Ramiz Fətəliyevlə birgə "Aşkarsızlıq şəraitində" filminin rejissorluğunu edir. Rejissor kimi bu film Fərhad Yusifovun ilk işi olur. "Aşkarsızlıq şəraitində" filmi 1986-cı ilin Bakının təsviri baxımından maraqlıdır.

Bu filmin çəkilməsindən üç il sonra 1989-cu ildə Fərhad Yusifov Bakını tərk edərək Kanadanın Monreal şəhərinə köçərək orada yaşamağa başlayır.

***

Aktyorun dostu və sinif yoldaşı Rasim Rəhimov müsahibələrinin birində deyir:
"Bülbül adına Musiqi Məktəbində birinci sinifdən Fərhadla birlikdə oxumuşuq. Fərhadın cavan vaxtlarından kinoya marağı çox idi. Ona görə də, karyerasını kino istiqamətində davam etdirdi. Fərhad gəncliyində də çox yaraşıqlı idi. Hamı onun simasını bəyənirdi. Hələ o vaxtlar Fərhadı Avropa aktyorları ilə müqayisə edirdilər. Onun Bakıdan getmə səbəblərini bilmirik. Bəlkə maddi çətinlik, bəlkə də diqqətsizlik, işsizlik onu bu addıma vadar edib. Amma hələ o vaxtlar da həyata baxış tərzi fərqli idi. Fərhad heç dəyişməyib. Bircə uzun saçları indi yoxdur, qırxdırıb. Başının arxasında isə bir topa uzun saç saxlayıb. Deyir, qoy, baxanlar bilsinlər ki, nə vaxtsa mənim də uzun saçlarım olub. Fərhad bütün pulunu filmlərə xərcləyir. Maddi problemləri var. Azərbaycana gəlmək üçün müəyyən qədər vəsait lazımdır".

Fərhad Yusifov müsahibələrinin birində Bakını xatırlayır:
"Bakı üçün çox darıxıram. Eşitmişəm ki, Bakı çox dəyişib, gözəlləşib. Xəzər dənizini, Azərbaycanı görmək istəyirəm. Həmişə gənclik illərimiz, Bakı küçələri gözümün önünə gəlir. İnternetdə tez-tez Bakının şəkillərinə, videolarına baxıram. Azərbaycan çox gözəlləşib. Çəkildiyim kinolar heç yaddaşımdan çıxmır. Azərbaycanın uğurlarını eşidəndə sevinirəm. Sağ olsun bəzi dostlarım da, məni unutmayıblar. Bura gələn ilk günlərdə heç kəs mənə "Fərhad" deyə bilmirdi. Nə qədər öyrətsəm də, bu sözü tələffüz edə bilmirdilər. Ona görə də fikirləşdim ki, Fərhadı "Mark"la əvəz edim. İndi hamı məni Mark Jozef kimi tanıyır. Artıq illərdir ki, Kanadada yaşayıram. Buradakı həyat tərzinə öyrəşmişəm. İşlərimi yekunlaşdırsam, yəqin ki, sizinlə Bakıda görüşəcəyəm.

***

Kanadada tammetrajlı "Aldanış" (Заблуждение) filmi üçün ssenari yazan Fərhad Yusifov qrafik dizayn və videomontaj üzrə təhsil alıb. "RTVC" Telekanalında çalışmış aktyor-rejissor müəllif proqramları, habelə reklam çarxları hazırlayıb.

Son bir neçə ildə sənədli filmlər silsiləsindən "Yuxuların Səbəti" eksperimental layihəsi üzərində çalışmış Mark Jozef planetimizin ayrı-ayrı ölkələrində yaşayan sakinlərin bugünkü həyatını işıqlandırıb. Bu silsilədən olan Peruda çəkilmiş birinci film "Salado" 2015-ci ildə "Avropaya Pəncərə" Rusiya kinosu festivalı müsabiqəsində yüksək mükafata layiq görülüb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3687   Tarix: 27 fevral 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356