İki eyni FOTO fərqli görünür - OPTİK İLLÜZİYANIN SİRRİ - FOTO

İki eyni FOTO fərqli görünür - OPTİK İLLÜZİYANIN SİRRİ - FOTOFərqli görünən iki eyni foto insanları çaşqınlığa salıb.

BiG.AZ "Business Insider"a istinadən xəbər verir ki, şəkillər "Reddit" və "Imgur"da geniş müzakirələrə səbəb olub.

Eyni şəkil, heç bir redaktə olunmadan, bir yolun fərqli rakurslardan çəkilən iki ayrı fotosu kimi görünür. Bunun sirri nədədir?

İki eyni FOTO fərqli görünür - OPTİK İLLÜZİYANIN SİRRİ - FOTO"All-Cal" ləqəbli "Reddit" istifadəçisi hesab edir ki, səbəb şəkildəki yolların aşağı hissədə birləşməsindədir. Ona görə beyin bunu yol ayrıcı təsvir olunan "bütöv foto" kimi qəbul edir. Təbiidir ki, yol ayrıcı olsa, yollar fərqli bucaqda "olmalıdırlar".

Bu optik illüziya "kafe divarı" illüziyasını ("cafe wall" illusion) xatırladır. Orada da üfuqi yerləşən bütün xətlər düz və paralel olduğu halda, əyilmiş görsənir. Alimlər illüziyanı müxtəlif səviyyəli sinir mexanizmlərinin aktivləşməsi ilə əlaqələndirirlər.

İki eyni FOTO fərqli görünür - OPTİK İLLÜZİYANIN SİRRİ - FOTONatəvan Baxşiyeva


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 17496   Tarix: 27 fevral 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş