Avstraliyada NƏHƏNG GÜVƏ tapıldı

Avstraliyada NƏHƏNG GÜVƏ tapıldıAvstraliyanın Brisben şəhərinin Kemp-Mauntin kəndində nəhəng güvə aşkarlanıb. Onun ölçüləri yumruqdan da böyükdür və görənləri heyrətləndirir.

BiG.AZ esoreiter.ru-ya istinadən xəbər verir ki, güvənin fotosu "Amateur Entomology Australia" cəmiyyətinin "Facebook" səhifəsində paylaşılıb.

Şəkildə "Endoxyla cinereus" adlanan meşə güvəsinin olduğu iddia edilir.

Bu, dünyanın ən ağır kəpənəyi sayılır. Qanadlarının uzunluğu 25 santimetrə, bədən uzunluğu isə 15 santimetrə çatır.

Natəvan Baxşiyeva


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2466   Tarix: 26 fevral 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş