Ledi Qaqanın köməkçisini güllələyib, itlərini oğurladılar - FOTOLAR

Ledi Qaqanın köməkçisini güllələyib, itlərini oğurladılar - FOTOLARDünyaca məşhur ifaçı Ledi Qaqanın köməkçisi Rayan Fişer Los-Ancelesdə silahlı hücuma məruz qalıb.

"MediaPost" xəbər verir ki, kim olduqları bilinməyən iki nəfər Fişeri döş qəfəsindən vurub və iki iti oğurlayaraq oradan uzaqlaşıb. Ledi Qaqa itlərini oğurlayan şəxslərə yarım milyon dollar pul ödəməyi təklif edib.

Hadisə ötən gecə baş verib. ABŞ mediasının yazdığına görə Rayan Qaqanın çox sevdiyi üç fransız buldoq Koyi, Miss Asiya və Qustavonu gəzdirməyə çıxarıb. Bu zaman ona atəş açılıb.

Polis hadisə yerinə gələndən sonra Rayanın döş qəfəsindən 4 güllə yarası aldığı məlum olub. Xəstəxanaya aparılan Fişerin vəziyyətinin kafi olduğu bildirilib.

Hadisə zamanı müğənninin iki idi Koyi və Qustavo oğurlanıb. Miss Asiya isə itib, lakin sonradan polislər tərəfindən tapılıb.

Hüquq-mühafizə orqanları bildirib ki, itləri iki qaradərili şəxs oğurlayıb.

34 yaşlı sənətçi oğrulara itlərini geri gətirdikləri halda yarım milyon dollar verəcəyini söyləyib.

Ledi Qaqanın köməkçisini güllələyib, itlərini oğurladılar - FOTOLARLedi Qaqanın köməkçisini güllələyib, itlərini oğurladılar - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1737   Tarix: 26 fevral 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş