Məşhur "Haray" rəsmi üzərində SİRLİ QEYDİN MÜƏLLİFİ BİLİNDİ - FOTO

Məşhur "Haray" rəsmi üzərində SİRLİ QEYDİN MÜƏLLİFİ BİLİNDİ - FOTONorveçli rəssam Edvard Munkun "Haray" əsəri öz-özlüyündə tamaşaçılar arasında mifik dəhşət doğurur və bu səbəbdən də bir çox əfsanə ilə əhatə olunub. Bu rəsmin qisas ala biləcəyinə inanılır və sənət qalereyasına gələnlərdən kiminsə ona toxunduğunu sevmir.

Məşhur "Haray" rəsmi üzərində SİRLİ QEYDİN MÜƏLLİFİ BİLİNDİ - FOTOBiG.AZ Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə esoreiter.ru yazır.

Ancaq şəkildə qəribə bir yazı da var ki, belə bir bədii əsər yalnız bir dəli tərəfindən yarana bilər. Yazı çox kiçikdir və buna görə mütəxəssislər də dərhal onun fərqinə varmayıblar.

Məşhur "Haray" rəsmi üzərində SİRLİ QEYDİN MÜƏLLİFİ BİLİNDİ - FOTOBuradaca tədqiqatçıların fikri dərhal haçalanıb. Bəziləri bunun sənətkarın öz əl işi olduğuna inansa da, bəziləri belə bir vandalizmin Norveçdə bu sənət qalereyasına təsadüfən gələn bir qonağın işi olduğunu iddia edib.

Məşhur "Haray" rəsmi üzərində SİRLİ QEYDİN MÜƏLLİFİ BİLİNDİ - FOTOVə bu mübahisələr illərlə - ta ki bu yaxınlarda elm adamları infraqırmızı taramanın köməyi ilə sirli qeydin əlyazmasının Edvard Munkun özünə aid olduğunu (gündəlikləri və məktubları ilə müqayisədə) müəyyən edə bildiyi vaxta qədər davam edib.

Və dərhal da sənətçinin bu qeydi nə vaxt və nə üçün etməsi ilə bağlı nəzəriyyə doğulub. O nəzəriyyəyə görə, qeyd tibb tələbələri qarşısında "Haray"ın nümayişindən sonra ortaya çıxıb. Onlardan biri şəklin yalnız bir dəli tərəfindən çəkilə biləcəyini qeyd edib edib. Bunu eşidən sənətkar, sözün əsl mənasında tələbənin ifadəsini bir qələmlə rəsmə əlavə edib.

Onun niyə belə etdiyini isə heç kim bilmir. Munkun yaradıcılığını tədqiq edənlər ailəsində belə hallar olduğu üçün əslində onun dəli olmaqdan çox qorxduğuna inanırlar. Yəqin ki, onu dəlilik əleyhinə bir talisman kimi o dəhşətli sözü kətan üzərində yazmağa sövq edən də budur. Bu vəziyyətdə həmin qeyd yalnız son "nöqtə" ola bilər ki, mənası da yalnız Munkun özü - ekspressionist sənətkar və eyni zamanda mistik üçün aydın olub. Bu, sənətkarın əsərinin tədqiqatçısı May Britt Gülenqin fikridir.

Qeyd edək ki, Norveç rəssamı və qrafiki, ekspressionizmin nümayəndələrindən biri Edvard Munkun (1863-1944) yaradıcılığının əsasını ölüm, tənhalıq və eyni zamanda həyat eşqi təşkil edir.

"Haray" əsəri ön planda affekt vəziyyətindəki adamı təsvir edir. O, əlləri ilə qulaqlarını qapayaraq ətraf səsləri eşitmək istəmir və reallıqdan qopmaq istəyir. Fiqur qabarıq əyri xətlərlə təsvir olunub. Qəhrəmanının ruhi vəziyyətini müəllif forma və rənglərin təhrifi ilə verir. Əsas cizgilər tam verilməsə də, dəhşət hissinin aydın təsviri var. Mərkəzi fiqurdan uzaqlaşan adamlar isə onun tənhalıq hissini daha da dərinləşdirir. Munk səmanı narahat, narahatlıq aşılayan qırmızı, yaşıl, krem rəngli zolaqlarla çəkib.

Bu əsər reallığın obrazından çox onun haqda sadəcə təsəvvür yaradır. Rəssamın əsərlərini uşaqlıq, yeniyetməlik travmalarının sublimasiyası kimi də qəbul etmək olar.

Əsərin yaranma səbəbi haqda Munk öz gündəliklərində yazır: "İki dostumla cığırla gedirdim. Gəzintiyə çıxmışdım. Günəş qüruba yaxınlaşırdı. Məni həzin qüssə bürüdü. Birdən səma qan rəngli qırmızı rəngə boyandı, dayandım və hasara söykəndim. Mən qana, göy-qara fyord (ensiz, dərin yamacları dik və qayalıq olan dəniz körfəzi) və şəhər üzərindəki alov dilimlərinə baxırdım.. Dostlarım yola davam etdi, mən isə yerimdə donub qalmışdım. Qorxudan titrəyərək təbiətin dəhşət dolu çığırtısını sanki bütün qəlbimdə eşidirdim".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1654   Tarix: 26 fevral 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292