Bakıda gecə yollara duz səpiləcək

Bakıda gecə yollara duz səpiləcək"Bu gün axşam və gecə saatlarında Bakı Şəhər İcra Hakimiyyətinin kommunal strukturları və aidiyyəti qurumlar intensiv yağan qarın küçə, prospekt və piyada səkilərindən təmizlənməsi üçün xüsusi, gücləndirilmiş iş rejimində çalışıblar".

BiG.AZ xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyəti məlumat yayıb.

Bildirilib ki, şaxtalı hava şəraitində qarın təmizlənməsi və xüsusi təyinatlı texnika vasitəsi ilə yollara duz və kimyəvi maddələrin səpilməsi davam etdirilib.

Təmizləmə işləri mərkəzlə yanaşı, Bakıətrafı qəsəbə və yaşayış massivlərində də aparlıb.

Yolların təmizlənməsi və duz səpilməsi işləri bütün gecə ərzində davam edəcək, səhər saatlarında isə daha geniş şəkildə həyata keçiriləcək.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 532   Tarix: 24 fevral 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş