"Biz qul deyilik, dənizçiyik" - Mübariz Mənsimovun işçiləri üsyan etdi

"Biz qul deyilik, dənizçiyik" - Mübariz Mənsimovun işçiləri üsyan etdi"Palmali Shipping" şirkətinin onlarla gəmisi Aralıq dənizindəki limanlarda tərk edilmiş vəziyyətdədir.

Yenisabah.az xəbər verir ki, Türkiyə mediasının yazdığına görə, "Shovket Alekperova" adlı şirkət gəmisi 9 aydır Zeytinburnuda lövbərdə gözləyir. Həmçinin şirkətin 150 işçisinin yüzminlərlə dollar dəyərində olan maaşlarını ala bilmədiyi də iddia edilir. Maaşlarını ala bilməyən işçilər gəmidəki yemək və təmiz su çətinliyindən də əziyyət çəkirlər.

Hazırda "Shovket Alekperova" gəmisinin heyəti "Twitter"də paylaşım edərək səsini eşitdirməyə çalışır.

Heyətin son "tweet"ində, "9 aydır Zeytinburnuda lövbər gözləyirik. "Palmali Shipping" bizə maaşımızı vermir. Maaşlarımız üçün mübarizə aparırıq. 17-18 aydır maaş almırıq. Biz qul deyilik, dənizçiyik. Ailəmiz əziyyət çəkir. Psixologiyamız pozulub. Bizə haqqımızı verin",-ifadələrinə yer verib.

Qeyd edək ki, digər bir hadisə Beyrutda lövbər atan "Palmali Shipping"ə məxsus bir tankerdə doqquz günlük aclıq aksiyası keçirilmişdi, heyət üzvlərinin evlərinə təyyarədə göndərilməsi ilə nəticələnmişdi. Həmin vaxt itirilmiş maaşların bir hissəsini ödəmək üçün onlara 114 min dollar təklif edilmişdi.

Bildirək ki, yanacaq tədarükçülərinə, gəmiqayırma zavodlarına və banklara təxminən 900 milyon dollar borcu olduğu ortaya çıxan Palmali Holdinqin bir çox gəmisi ələ keçirilib, lakin bununla da borclar tam ödənilməyib.

SOCAR neft şirkəti də Mübariz Mənsimova məxsus Palmali qrupuna qarşı Londondakı Beynəlxalq Arbitraj Məhkəməsində bir sıra iddia qaldırmışdı. 2018-ci ildə və ondan sonrakı dövrlərdə açılan iddialardan 3-ü həllini tapdı. London Beynəlxalq Arbitraj Məhkəməsi "Palmali"nin "Socar"a 3 məhkəmədən ümumilikdə 245 milyon dollar təzminat ödəməsinə qərar verdi.

Xatırladaq ki, 2018-ci ildə iflas edən "Palmali Shipping" şirkətinin qurucusu Mübariz Mənsimov İstanbulda Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqədar aparılan istintaq çərçivəsində mart ayında nəzarətə götürülüb və İstanbul Baş Prokurorluğu tərəfindən hazırlanan iddianamədə Mənsimov haqqında "FETÖ / PDY silahlı terror təşkilatına üzv olmaq" ittihamı ilə 7.5 ildən 15 ilədək həbs cəzası verilməsi barədə cinayət işi açılıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 9620   Tarix: 24 fevral 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Türkiyədə güclü zəlzələ oldu - FOTO

Türkiyənin Tokat vilayətinin Sulusaray rayonunda zəlzələ baş verib. Bu barədə Türkiyə Fövqəladə Halların İdarə olunması Agentliyindən (AFAD) məlumat verilib. Məlumata görə, yeraltı təkanların gücü 5,6 bal olub. Zəlzələnin ocağı 6 km dərinlikdə yerləşib

18.04.2024 381
.

Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik

Şəxsiyyət vəsiqəsi ilə yanaşı, bir neçə dövlət sənədi tam rəqəmsallaşacaq. Axşam.az "Xəzərxəbər.az"a istinadən xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib. Onun sözlərinə görə, bununla bağlı ilin sonuna kimi qanunvericiliyə dəyişikliklər ediləcək. Nazir qey

18.04.2024 943
.

Türkiyədə 4,7 bal gücündə zəlzələ olub

Türkiyənin Tokat şəhərində zəlzələ olub. BİG.AZ xəbər verir ki, zəlzələ 4,7 bal gücündə qeydə alınıb. Bu barədə AFAD məlumat yayıb. Zəlzələ nəticəsində ölən və yaralananların olduğu barəsində məlumat verilməyib

18.04.2024 217
.

3 avtomobilin iştirakı ilə baş verən qəza - VİDEO

Türkiyənin Kayseri şəhərində 3 avtomobil iştirakı ilə zəncirvari qəza olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 2 nəfər yaralanıb. Hadisənin baş vermə səbəbləri məlum deyil. Qəzanın baş vermə səbəbi məlum deyil. Hadisə ərazidəki təhlükəsizlik kameraları vasitəsi ilə qeydə alınıb

18.04.2024 353
.

"Bu layihə ölkəmiz üçün çox faydalı olacaq" - Deputat

"Son zamanlar ən çox müzakirə olunan qlobal problemlərdən biri də şirin su qaynaqlarının ciddi şəkildə azalması, içməli və suvarma üçün yararlı olan su mənbələrinin qurumasıdır. Su qıtlığı ilə əlaqədar qənaət rejiminə keçilməsi hazırda çox aktualdır. Təkcə Azərbaycan deyil, bütün dünya içməli v

18.04.2024 202
.

Sumqayıtda ərini öldürməkdə təqsirləndirilən qadınla bağlı YENİ XƏBƏR

Sumqayıtda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Əfsanə Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Sumqayıt şəhər Məhkəməsində keçirilən prosesdə bildirilib ki, Əfsanə Məmmədova barəsində keçirilmiş komisyon kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizanın rəyin

18.04.2024 355
.

"Rusiya XİN sözçüsünün Ermənistandan qovulan azərbaycanlılar faktını təsdiqləməsigörüləcək işlərin həcmcə böyük olacağına işarədir"

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, ötən əsrin 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində Ermənistanı tərk etmiş azərbaycanlıların geri qayıtması üçün böyük həcmdə işlər görülməlidir. Mövzu ilə bağlı -a danışan politoloq Elşən Manafov qeyd edib ki, Qər

18.04.2024 356
.

UNICEF: "Qəzzada hər 3 evdən 2-si dağılıb və ya zədələnib"

UNICEF-in sözçüsü Ceyms Elder, İsrailin intensiv hücumları altında olan Qəzzada hər 3 evdən 2-nin dağıldığını və ya zədələndiyini açıqlayıb. xəbər verir ki, bir müddətdir Qəzzada çalışan Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) sözçüsü Ceyms Elder X sosial media platformasında İsraili

18.04.2024 116
.

Bakı küçələrində lüt qaçan kişi xəstəxanaya yerləşdirildi

Sosial şəbəkələrdə küçədə lüt gəzən kişinin görüntüləri yayılıb. -ın əldə etdiyi məlumata görə, küçədə çılpaq gəzən şəxsin sosial şəbəkələrdə əks olunan görüntüləri araşdırılıb. Polis tərəfindən 1986-cı il təvəllüdlü şəxs müəyyən olunub. Qardaşının müraciəti əsasında onun sağlamlıq vəziyyəti nəzərə alınara

18.04.2024 677