Qar fırtınasından sonra inəklər belə xilas edildi - VİDEO
Dağıstanda güclü qar yağışı səbəbiylə fermerlər sözün əsl mənasında qarı qazaraq inəkləri xilas etmək məcburiyyətində qalıblar.
BiG.AZ Lent.az-a istinadla verdiyi xəbərə görə, heyvanlar qar əsirliyində qalıblar və özbaşına çıxa bilməyiblər.
Sosial şəbəkələrdə Dağıstanın Botlix rayonunda inəklərin demək olar ki, tamamilə qar altında qalmasını əks etdirən bir video yayılıb. Qar yığıntısı o qədər yüksək olub ki, heyvanlar hərəkət edə bilməyiblər.
Xoşbəxtlikdən sahiblər qar fırtınasının təsirlərini vaxtında görüblər və inəkləri kürəklərlə qazaraq çıxarıblar.
BiG.Az


Maraqlı Baxılıb: 1326 Tarix: 24 fevral 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş