Qaya üzərində çəkilmiş ən qədim kenquru şəkli aşkarlandı

Qaya üzərində çəkilmiş ən qədim kenquru şəkli aşkarlandıAvstraliyada bir mağrada qaya üzərində çəkilmiş ən qədim şəkil aşkarlanıb.

BiG.AZ-ın Lent.az-a istinadən verdiyi xəbərə görə arxeoloqlar Aborigen qayaüstü rəsmləri ilə tanınan Kimberley bölgəsində 17 min 300 il əvvəl qaya üzərində çəkilmiş bir kenquru şəklini aşkar ediblər. Məlumata görə, 2 metr olan kenquru şəkli qırmızı torpaq ilə çəkilib.

Tədqiqatçı Dr. Sven Ouzman, kenquru rəsmini Cənub-Şərqi Asiyadakı adalarda 40.000 il əvvəl çəkilmiş qayaüstü rəsmlərə bənzədərək bunun bir mədəni əlaqə olduğunu göstərdiyini qeyd edib. Sözügedən şəklin təfərrüatları "Nature Human Behavior" jurnalında dərc edilib.

Qeyd edək ki, 45.500 il əvvəl çəkildiyi düşünülən dünyanın ən qədim heyvan şəkli İndoneziyanın Sulawesi adasındakı bir mağarada tapılıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 395   Tarix: 24 fevral 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş