Gələn həftədən karantin rejimi yenidən sərtləşdirilir? - AÇIQLAMA

Gələn həftədən karantin rejimi yenidən sərtləşdirilir? - AÇIQLAMAAzərbaycanda son sutkada koronavirusa yoluxanların sayı yüksələrək 200-ü keçib. Belə ki, fevralın 23-də koronavirus infeksiyasına 223 yeni yoluxma faktı qeydə alınıb, 176 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.Bu gün yoluxanların sayında artım davam edərsə, martın ilk həftəsindən başlayaraq karatin rejimində sərtləşmələrin olması ilə bağlı iddialar səsləndirlir. Azərbaycanda karantin rejimi yenidən sərtləşə bilər?

Bununla bağlı Sonxeber.az-a danışan deputat Kamilə Əliyeva bildirib ki, əvvəlki dövrlə müqayisədə son aylar yoluxanların sayında xeyli azalma müşahidə olunurdu. Hətta gündəlik yoluxanların sayı 100-dən aşağı düşmüşdü. Amma bu gün yoluxanların sayı 227-yə yüksəlib.

Artım olsa da, o qədər də kritik rəqəm deyil. Pandemiya ilə bağlı vəziyyət hələlik nəzarət altındadır. Bilirsiniz ki, mövcud vəziyyətə uyğun olaraq yanvarın 18-i və fevralın 1-də Operativ Qərargah yumşalmalara getdi. Məktəblərdə əyani tədris bərpa olundu. Bu gün də əyani tədris davam etməkdədir. İnsanlarımız rəqəmlərə arxayın olub, qaydalara əməl etməsələr, vaksinasiya olunmasalar yenidən yoluxanların sayında artım ola bilər. Bu da əlbəttə yenidən karantin rejimində sərtləşməyə gətirib çıxara bilər.Amma mən yenidən karantin rejiminin sərtləşməsini gözləmirəm. Çünki vaksinasiya uğurla davam etdirilir. Artıq 50 yaşdan yuxarı vətəndaşların vaksinnasiyasına başlanılıb. Amma vaksinasiya pandemiyanın bitməsi demək deyil".

Deputat qeyd edib ki, elə ölkələr var ki, vaksinasiyadan faydalana bilmirlər: "Bu da pandemiyanın davam etməsinə gətirib çıxara bilər. Azərbaycanda insanlarımız öz istəkləri ilə vaksinasiya olunurlar. İnsanlar bəzən vaksinlə bağlı həqiqəti əks etdirməyən fikirlər səsləndirirlər. Ona görə bununla bağlı təbliğat və maarifləndirmə işlərini genişləndirməliyik. İnsanlarımız bilməlidir ki, vaksin bu pandemiyanın bitməsi üçün vacibdir.Əlbəttə vaksin vurulsa belə, yenə 3 qızıl şərtə əməl etməliyik.Maskadan istifadə, gigiyenik qaydalara əməl etmək və sosial məsafənin qorunması bizim həyat tərzimiz olmalıdır.

Hesab edirəm ki, insanlarımız bu 3 qızıl qaydaya əməl etsə və vaksinasiya olunanlarsa gələcəkdə növbəti yumşalmalar ola bilər. Amma Operativ Qərargahın tövsiyələrinə əməl olunmasa yenidən sərtləşmə ola bilər. Çünki koronavirusun yeni növü yayılır. Hələlik bu növ Azərbaycanda yayılmayıb. Ona görə də biz ehtiyatı əldən verməməliyik".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 9768   Tarix: 24 fevral 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrildi

Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov "Azərbaycan Texniki Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında" Qərar imzalayıb. Qərara əsasən, Azərbaycan Texniki Universitet

11:53 197
.

Azərbaycanda sayt rəhbəri həbs olundu

"Məclis.info" saytının rəhbəri İmran Əliyev həbs edilib. "Qafqazinfo"nun məlumatına görə, Xətai Rayon Məhkəməsi belə qərar qəbul edib. Qərara əsasən İ. Əliyev haqda iki ay bir günlük həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, sayt rəhbəri ötən gün hava limanında saxlanılıb. On

19.04.2024 447
.

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - Siyahı

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub. "Qafqazinfo" xəbər verir ki, imtahan iştirakçıları arasında 6 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Həmin şagirdlərin siyahısın

19.04.2024 451
.

İran səfiri Azərbaycanı tərk edir

Xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib. Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, hazırkı dönəmdə tərəflər iki dövlə

16:05 0
.

Türkiyədə güclü zəlzələ oldu

Türkiyədə Egey dənizində İzmir şəhərində zəlzələ baş verib. BİG.AZ xəbər verir ki, zəlzələ 4,5 bal gücündə olub. Bu barədə AFAD məlumat yayıb. Qeyd edilib ki, zəlzələ yerin 6,97 kilometr dərinliyində baş verib

19.04.2024 583
.

Rusiya əhalisi azalır

2024-cü ilin fevral ayında Rusiyada əhalinin təbii azalması davam edib. Bu barədə Rosstatın saytında məlumat verilib. Məlumata görə, 2024-cü ilin fevral ayında 97,9 min uşaq doğulub. Maksimum doğum nisbəti Dağıstan Respublikasında (+29,6, Saxalin vilayətində (+23,9%) və Adıgey Respublikasında (+23,8%

19.04.2024 460
.

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası keçirilib

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası keçirilib. APA xəbər verir ki, iclasda Azərbaycanı komissiyanın həmsədri Şahin Mustafayev, Ermənistanı isə Mqer Qriqoryan təmsil edib

19.04.2024 199
.

İsrail əsgərləri 3 fələstinlini yaralayıb

İşğal altındakı İordan çayının qərb sahilində Nablus şəhərinin Beyta qəsəbəsində baş verən hadisələrdə İsrail əsgərləri 3 fələstinlini yaralayıb. xəbər verir ki, Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən yazılı açıqlamada İsrail əsgərlərinin Beyta qəsəbəsində ikisi uşaq olmaqla 3 fələstinlini yaraladığ

12:30 103
.

Azərbaycan və Ermənistan delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaq

Ermənistan-Azərbaycan delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsi əsas götürüləcək. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədini

19.04.2024 266