Qar nə vaxt kəsiləcək? - Rəsmi açıqlama

Qar nə vaxt kəsiləcək? - Rəsmi açıqlama"Azərbaycana çox soyuq hava kütlələrinin daxil olması nəticəsində hava şəraiti kəskin dəyişib. Demək olar ki, respublikanın əksər rayonlarında qar yağıb".

BiG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

O qeyd edib ki, Bakıda və Abşeron yarımadasında yaranan qar örtüyünün hündürlüyü 5 santimetrə yaxınlaşıb. Ən çox qar isə Böyük Qafqaz dağlarının keçdiyi rayonlarda qeydə alınıb:

"Burada qar örtüyünün hündürlüyü yarım metrə çatıb. Bu proses güclü külək və çovğunla müşayiət olunub. Küləyin maksimal sürəti rayonlarda 28 metr/saniyə, Bakıda və Abşeron yarımadasında 25-28 metr/saniyəyə çatıb ki, bu da açıq dənizdə dalğanın 6 metrə qədər çatmasına səbəb olub".

U. Tağıyeva bildirib ki, respublika ərazisində bu gün gün ərzində əlverişsiz hava şəraiti davam edəcək. Fasilələrlə qar yağacaq, bəzi rayonlarda intensiv olacaq.

Ayın 25-də səhər saatlarından başlayaraq proses səngiyəcək, yağıntılar tədricən kəsiləcək.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4168   Tarix: 24 fevral 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş