Yoluxanların sayı artıb, "sms icazə" sistemi geri qayıdır? - AÇIQLAMA

Yoluxanların sayı artıb, "sms icazə" sistemi geri qayıdır? - AÇIQLAMAAzərbaycanda yoluxanların sayında yenidən artım müşahidə olunur. Belə fevralın 23-də koronavirus infeksiyasına 223 yeni yoluxma faktı qeydə alınıb, 176 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Yoluxanların sayında artım davam edərsə yenidən "sms icazə" sistemi tətbiq edilə bilərmi?

Bununla bağlı Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib ki, son günlər yoluxanların sayında az da olsa artımın olması narahatedicidir: "Koronavirus dünyada ilk başladığı gündən ölkəmiz tərəfindən lazım olan bütün qabaqlayıcı tədbirlər görüldü. Keçən ilin fevralında Operativ Qərargah yaradıldı. Ölkəmizdə pandemiya başladığı gündən görülən qabaqlayıcı tədbirlər sayəsində digər ölkələrdə olduğu kimi kütləvi ölümlərin qarşısı alındı. Tətbiq olunan karantin rejimi və mərhələli şəkildə sərtləşmələr sayəsində yoluxanların sayı 120-140-a qədər düşdü. Təəssüf ki, son bir neçə gündə yenidən yoluxanların sayında artım müşahidə olunur. Bu artım nəyinki məni bütün vətəndaşlarımızı narahat etmədilidir. Çünki bilirsiniz ki, koronavirusun Britaniya ştamı bütün dünyada sürətlə yayılır. Bundan əlavə bir neçə ölkədə artıq virusun 3-cü dalğası başlayıb. Ona görə də biz yumşalmalardan arxain olmamalıyıq. Qaldı ki, "sms icazə" sisteminin yenidən bərpa edilib-edilməməsinə bu barədə qərar vermək Operativ Qərargahın səlahiyyətindədir.Əgər "sms icazə" sisteminin yenidən bərpasını və karantin rejimin sərtləşməsini istəmiriksə qoyulan qaydalara əvvəlkindən də daha məsuliyyətli yanaşmalıyıq. Çünki yoluxanların sayının artması yenidən karantin rejimində sərtləşmələrə gətirib çıxara bilər. Bunu da heç birimiz arzulamırıq".

Deputat qeyd edib ki, 30 il həsrətində olduğumuz Qarabağımıza qovuşmuşuq: "Biz bu gün pandemiya deyil Qarabağımıza qayıdış barəsində fikirləşməliyik. Bütün gücümüzü Qarabağa yönəltməliyik.Ona görə də çalışmalıyıq ki, yoluxanların və ölənlərin sayı yenidən artmasın. Bilirsiniz ki, yanvarın 18-dən ölkəmizdə vaksinasiyaya da başlanılıb və mərhələli şəkildə proses davam etdirilir. Səbirlə vaksinasiyanın uğurla başa çatmasını gözləməliyik. 44 günlük Vətən müharibəsində olduğu kimi koronavirusla mübarizədə həmrəy olub, gözlə görünməyən düşmənə qalib gəlməliyik".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 9587   Tarix: 24 fevral 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693