Dünyanın ən məşhur narkobaronunu həbsxanadan qaçıran arvadı saxlanıldı - FOTO-VİDEO

Dünyanın ən məşhur narkobaronunu həbsxanadan qaçıran arvadı saxlanıldı - FOTO-VİDEOMeksikalı narkobaron "El Chapo"nun 31 yaşlı arvadı Emma Ayspuro Vaşinqton Beynəlxalq aeroportunda saxlanılıb.

BiG.AZ Oxu.az-a istinadən bildirir ki, bu barədə "Reuters" xəbər yayıb.

Qadın Amerikaya kokain, heroin, metamfetamin və marixuana tədarükünün təşkilində şübhəli bilinir. Bundan əlavə o, 2015-ci ildə əri Quzman Loeranın ("El Chapo") Meksika həbsxanasından qaçma planını hazırlamaqda günahlandırılır.

Qeyd edək ki, keçmişdə dünyanın ən böyük narkokarteli "Sinaloa"nın rəhbəri olan Loera hazırda ABŞ həbsxanasındadır. O, ABŞ-a kokain tədarükü, həmçinin qanunsuz silah saxlama və qətllər təşkil etməkdə günahlandırılır.

Dünyanın ən məşhur narkobaronunu həbsxanadan qaçıran arvadı saxlanıldı - FOTO-VİDEODünyanın ən məşhur narkobaronunu həbsxanadan qaçıran arvadı saxlanıldı - FOTO-VİDEODünyanın ən məşhur narkobaronunu həbsxanadan qaçıran arvadı saxlanıldı - FOTO-VİDEO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3025   Tarix: 23 fevral 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş