Ac qalan pişik ölən sahibinin ƏLİNİ YEDİ

Ac qalan pişik ölən sahibinin ƏLİNİ YEDİŞəhər mənzillərindən birində 83 yaşlı qadının və 59 yaşlı oğlunun cəsədlərinin tapılması Naberejnıye Çelni sakinlərinin qarşısına dəhşətli bir mənzərə çıxarıb.

BiG.AZ-ın Lent.az-a istinadla verdiyi xəbərə görə, mənzil sahiblərinin ölüm səbəbi hələ ki məlum deyil. Lakin məhkəmə ekspertləri cəsədlərin artıq çürüməyə başladığını müəyyənləşdiriblər.

Yaşlı qadının yeriyə bilmədiyi, şəkərli diabetli oğlu tərəfindən baxıldığı bildirilir.
Otaqda ölənlərin bir ev heyvanı da tapılıb. Yeməksiz qalan pişik qadının əlini gəmirib.

Bənzər bir hadisə əvvəllər Omskda baş vermişdi. Orada ac pişiklər mərhum sahibi gəmirərək bir-birlərini yeməyə başlamışdılar.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2849   Tarix: 23 fevral 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş