17 yaşlı oğlan "TikTok" videosu çəkərkən öldü - FOTO
Yeniyetmə Tik Tok videosu çəkərkən faciəvi şəkildə ölüb.
BiG.AZ Milli.Az-a istinadla bildirir ki, dəhşətli olay Türkiyənin Ağrı vilayətində yaşanıb. 17 yaşlı Muhammet Halim Taşdemir Tik Tok üçün video çəkərkən əlindəki silahın açılması səbəbindən dünyasını dəyişib.
Patnos dövlət xəstəxanasına çatdırılan yeniyetmənin həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, hazırda dünyanın ən populyar video paylaşım şəbəkəsinə çevrilən Tik Tok-a giriş bir sıra ölkələrdə qadağan edilib.
BiG.Az


Xəbərlər Baxılıb: 1180 Tarix: 23 fevral 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş