Azərbaycanda qadınların pensiya yaşı ARTIRILIR - Tarix AÇIQLANDI

Azərbaycanda qadınların pensiya yaşı ARTIRILIR - Tarix AÇIQLANDI"2021-ci il iyulun 1-də Azərbaycanda qadınların pensiya yaş həddi yenidən artırılacaq".

BiG.AZ-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pensiya siyasəti və fərdi uçota nəzarət şöbəsinin müdiri Elnur Abbasov bildirib.

O qeyd edib ki, pensiyada yaş həddinin mərhələli şəkildə artırılması 2017-ci ildən həyata keçirilir:

"Kişilər üçün pensiya yaşı 65-dir və bu proses tamamlanıb. Hazırda qadınların pensiya yaşı 62 yaşdır. Bu proses də 65 yaşa çatdıqda proses tamamlanacaq. Bu ilin iyul ayında qadınlar üçün pensiya yaşı yenidən altı ay artırılacaq".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2216   Tarix: 23 fevral 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş