Canavarın başını qataraq həyatı bahasına sahibini xilas edən it -VİDEO

Canavarın başını qataraq həyatı bahasına sahibini xilas edən it -VİDEOCanavarın başını qataraq sahibinin həyatını xilas edən iti ölümündən sonra "Mənim şəfqətli və zərif heyvanım" beynəlxalq mükafatına namizəd göstərmək istəyirlər.

BiG.AZ xəbər verir ki, bu barədə 360 TV xəbər yayıb.

Bildirilir ki, hadisə Rusiyanın Komi vilayətində baş verib.

Bununla bağlı kadrlardan aydın olur ki, üç uşaq gizlənqaç oynayarkən, onlardan biri evdən kənarda qar topasının arxasında gizlənmək qərarına gəlir. Bu zaman ona tərəf bir canavar yaxınlaşır. Həmin vaxt cek-rassel-teryer cinsli it duyuq düşərək canavara tərəf atılır. O, vəhşi heyvanın diqqətini özünə yönəldir, 10 yaşlı uşaq isə bu vaxt evinə qaçaraq xilas olmağı bacarır.

Canavar iti dişinə alaraq meşədə gözdən itir. Sonradan sədaqətli heyvanın cəsədi yol kənarından tapılır. Oxu.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1502   Tarix: 23 fevral 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş