Məşhur aktrisa 74 yaşında VƏFAT ETDİ - FOTO

Məşhur aktrisa 74 yaşında VƏFAT ETDİ - FOTORSFSR-in Əməkdar artisti Yekaterina Qradova 74 yaşında dünyasını dəyişib.

BiG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə onun qızı Mariya Mironova İnstaqram hesabında məlumat verib.

"Anam bu gün qəflətən həyatdan getdi... Ürəyim parçalanır", - o yazıb.

"Moskovski Komsomolets" nəşri Y. Qradovanın ailəsinə yaxın mənbəyə istinadən onun insultdan vəfat etdiyini bildirib.

Qeyd edək ki, Y. Qradova 1946-cı ildə Moskvada anadan olub. "Baharın on yeddi anı" telefilmində yaratdığı radist Ket rolu ona dünya şöhrəti qazandırıb. Aktrisa, həmçinin "Böyük bir evin kiçik komediyaları", "Uzuncorab Peppi", "Görüş yerini dəyişmək olmaz" və s. filmlərdə çəkilib. 1971-1976-cı illərdə aktyor Andrey Mironovla nikahda olub.

Məşhur aktrisa 74 yaşında VƏFAT ETDİ - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1228   Tarix: 23 fevral 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş