Azərbaycanda toylara icazə verilməsi ilə bağlı UNİKAL TƏKLİF

Azərbaycanda toylara icazə verilməsi ilə bağlı UNİKAL TƏKLİF"Azərbaycanda artıq bir ildən çoxdur ki, toylara icazə verilmir. Lakin qonşu Rusiyada çoxdandır toyların keçirilməsinə icazə verilib. Əslində Rusiyada yoluxan və ölənlərin sayı Azərbaycandan dəfələrlə çoxdur. Rusiya bu məsələdə çıxış yolunu tapıb. Eyni təcrübəni öyrənib ölkəmizdə tətbiq edə bilərik".

BiG.AZ xəbər verir ki, bu sözləri millət vəkili Razi Nurullayev bildirib.

Onun sözlərinə görə, Azərbaycanda kafe və restoranlarda insanların 5-6 nəfərə qədər oturmasına icazə verilir: "Böyük restoranlarda bəzən 100-200 nəfər otura bilir. Belə bir vəziyyətdə toylara icazə verilməməsi bir az təəccüb doğurur.

İstənilən halda böyük şadlıq sarayları olmasa da, ən azından 50-100 nəfərlik toyların keçirilməsinə icazə verilə bilər. Bunun texniki cəhətdən həlli prinsipi də mövcuddur. Misal üçün toylara gələnlər üçün avtomatik aparatlar var ki, onlar qızdırmanı uzaqdan ölçür. Həmin toya gələnlərin temperaturu ölçülür, onların özünü pis hiss edib-etməməsi müəyyənləşdirilir və onlar içəri buraxılır.

Fikrimcə, bu, toylara icazə verilməsi və həyata keçirilmə mexanizmi üçün ən yaxşı üsullardan biri olardı. 100 nəfərə qədər bu mümkündür. Təbii ki, bu, Operativ Qərargahın işidir. Lakin bu gün kafe və restoranlarda işə icazə verilibsə, 100-200 nəfərə qədər insan böyük zallarda otura bilirsə, toylara da icazə verilə bilər. Hesab edirəm ki, artıq bu məsələ ilə bağlı zaman yetişib.

Ölkəmizdə müəyyən risk qrupuna daxil olan insanların vaksinasiyası həyata keçirilir. Həmçinin yoluxanların sayı da azalmağa doğru gedir və ya 200-dən aşağıdır. Belə bir vaxtda toyların keçirilməsinə icazə verilməsi üçün Operativ Qərargah ekspertlər və şadlıq saraylarının nümayəndələri ilə texniki və maliyyə tərəflərini müzakirə edərək çıxış yolu taparsa, əhalimizi də sevindirmiş olar"./BAKU.WS


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1760   Tarix: 23 fevral 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995