Bədəninin 70 faizi yanan aktyorun VƏZİYYƏTİ AĞIRDIR
Yaşadığı mənzildə partlayış baş verməsi nəticəsində xəsarət alaraq xəstəxanaya yerləşdirilən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru Cavid Telmanın son vəziyyəti açıqlanıb.
Teatrın mətbuat xidmətinin rəhbəri Həmidə Rüstəmova "Report"a deyib ki, aktyorun vəziyyəti ağır olaraq qalır:
"Hələ də reanimasiya şöbəsindədir. Onun bədəninin 70 faizi yanıb. Əsasən qarın və kürək hissələri yandığı üçün daxili orqanlarda müəyyən problemlər yaradıb. Həkim müayinə müalicəni davam etdirir.
Qeyd edək ki, 36 yaşlı C.Telman dünən evində baş verən partlayış nəticəsində yanıq xəsarətləri ilə 5 saylı Şəhər Klinik Xəstəxanasında reanimasiya şöbəsinə yerləşdirilib.
BiG.Az


Xəbərlər Baxılıb: 1916 Tarix: 23 fevral 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş