Türkiyədə koronavirusla bağlı son vəziyyət

Türkiyədə koronavirusla bağlı son vəziyyətTürkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 78 nəfər ölüb.

BiG.AZ xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

O bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 8 104 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün 5 690 nəfər sağalıb, ağır xəstə sayı isə 1 189 olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 2 646 526 COVID-19 xəstəsi qeydə alınıb, onlardan 2 529 450 nəfər sağalıb, 28 138 nəfər isə ölüb./Axşam.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 609   Tarix: 22 fevral 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş