Rusiya səmasında meteorit göründü – VİDEO

Rusiya səmasında meteorit göründü – VİDEORusiyanın Neftekamsk şəhərinin səmasında meteorit görünüb.

BiG.AZ Vesti.ru-ya istinadən xəbər verir ki, ən azından aşağıda təqdim edilən videonun müəllifi buna əmindir.

Görüntülər avtomobildə quraşdırılan videoregistratorun kamerası vasitəsilə çəkilib və sosial şəbəkələrdə yayımlanıb.

Kadrlarda işıq saçan kiçik bir obyektin sürətli enişini görmək mümkündür.

Sosial mediada bunun nə ola biləcəyi ilə bağlı mübahisə yaranıb. Bəziləri videonun müəllifi ilə həmfikir olduqlarını və hətta özləri uçan bir meteorit gördüklərini yazıblar.

Bəziləri isə bunun yalnız şüşədəki bir parıltı olduğunu qeyd ediblər. (oxu.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 440   Tarix: 22 fevral 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş