20 yaşlı Sevilin intiharı ilə bağlı YENİ XƏBƏR VAR

20 yaşlı Sevilin intiharı ilə bağlı YENİ XƏBƏR VARBakıda 20 yaşlı qızın intihar faktı ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə BiG.AZ-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, S.Atakişiyevanın fevralın 21-də saat 20 radələrində paytaxtın Xətai rayonu ərazisində yerləşən yeni inşa edilmiş binanın 20-ci mərtəbəsindən özünü ataraq intihar etməsi faktı üzrə toplanmış materiallar əsasında Xətai Rayon prokurorluğunda CM 125-ci maddəsi ilə cinayət işi başlanılıb.

Baş prokurorluğun mətbuat xidmətindən həmçinin hazırda iş üzrə intensiv istintaq əməliyyat tədbirlərinin həyata keçirildiyini vurğuladılar.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4993   Tarix: 22 fevral 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş