Vilayət Eyvazov DİN-də iki qurumu birləşdirdi
Azərbaycanın daxili işlər orqanlarında struktur dəyişikliyi olub.
BiG.AZ Unikal.org-a istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Daxili İşlər Orqanlarının Maddi-texniki və Sosial Bazasının Möhkəmləndirilməsi Fondu nazirliyin Maliyyə-Plan İdarəsi ilə birləşdirilib. Quruma rəhbərlik isə müvəqqəti olaraq polis polkovniki Şəhriyyar Hasilova həvalə edilib.
Qeyd edək ki, bir neçə gün öncə Daxili İşlər Orqanlarının Maddi-texniki və Sosial Bazasının Möhkəmləndirilməsi Fondunun direktoru Sadiq Gözəlov vəzifəsindən azad edilərək təqaüdə göndərilib.
BiG.Az


Xəbərlər Baxılıb: 3825 Tarix: 22 fevral 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş