Faiq Ağayevdən "Sevil açıqlaması" – "Ağzınız köpüklənə-köpüklənə..."

Faiq Ağayevdən "Sevil açıqlaması" – "Ağzınız köpüklənə-köpüklənə..."Xalq artisti Faiq Ağayev 20 yaşlı Sevil Atakişiyevanın intiharına münasibət bildirib.

BiG.AZ xəbər verir ki, müğənni sosial şəbəkədə yayımladığı statusunda bunları qeyd edib:

"Nə kimi əməlisalehlik etmişiniz bu həyatda?

• Həddi-buluğa çatmayan qız uşağını ərə verənlərə "el adətidir" deyib, bəraət qazandırdınız.
• Zorlanan qıza yox, cinayətkara can yandırdınız.
• Özgənin halal zəhmətlə qazandığı mal-mülkünə qarətçi göz dikib, "haramla yığıb da!" dediniz.
• Qız uşağı doğulmasın deyə, nəsillikcə şiddət göstərib, həyat yoldaşlarınızı aborta məcbur etdirdiniz.
• Uşaqlarınızın gələcəyini düşünmədən "həzmi-rahat" edib, onları təhsildən uzaqlaşdırıb, bu gününüzə qurban etdiniz.

İndi də intihar edənləri, araşdırmadan, "Allaha qarşı çıxdı" adıyla, ağzınız köpüklənə-köpüklənə lənətləyirsiniz. Yaradana ən böyük itaətsizlik edənin, ona qarşı çıxanın ən yekəsi elə özünüzsünüz. Özünüzdən başlayın bu dünyanı səliqə-sahmana salmağa. Əlbət ki, onda Allah özü sizə yar və yardımçı olar"./Axşam.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 3295   Tarix: 22 fevral 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş