"Əlifbanı bilməyən efirdə mənə barmaq sallayır" - Damladan Elzaya

"Əlifbanı bilməyən efirdə mənə barmaq sallayır" - Damladan Elzaya"8 ildir bu sahədəyəm, gəldiyim gündən ancaq qınaq, tənqid. Tənqidə açığam, amma orada təhqir, işim məsxərəyə qoyulanda düşünürəm ki, bəstəkarın da, dinləyicinin də əməyi yerə vurulur. İllərdir susuram, bəzən düşünürlər ki, başa düşmür cavab vermir. Çox gözəl cavab verərəm. Sadəcə onlarla onların dilində danışa bilmərəm. Böyükdür, eyibdir".
BiG.AZ xəbər verir ki, bu sözləri müğənni Damla "Səhər mərkəzi" proqramında deyib. İfaçı Əməkdar artist Elza Seyidcahanın onun haqqında dediklərinə münasibət bildirib:

"Mən bir yana, dinləyicini təhqir edirlər. Deyir, kimdir səni dinləyən? Kitab oxumayanlar sənə qulaq asırlar. Əsir düşən hərbçimiz Amin, digər qazilər məni görmək istəyirdi. Getdim, görüşdüm hamısıyla. Sizlər onları təhqir edirsiz?

Özlərinə peşəkar, pedoqoq, konservatoriya bitirmişəm deyənlər, məni təhqir edir. Dinləyici ilə nə işiniz var?İnstaqramda sənət dostlarımı izləyirəm. Müğənni paylaşdığı şəklə şərh yazır. Baxıram ki, bir cümləsində 7-8 hərf səhvi var, cümlə tamamlanmır. Dəhşətə gəlirəm ki, yazdığında on səhv buraxan qüsur tutub, eyib axtarır. O yazı ilə mənən və qeyrisinə ultimatım göndərirsən. Əlifbadan xəbəri olmayan efirdə mənə barmaq sallayır, deyir arxasıyca savadsız kütlə aparır. kateqoriyalara bölürlər, "biz A klass adamların ifaçısıyıq" deyirlər. Mən nə qədər obraza girə bilərəm? Oğlumu dərsə aparıram, marketə gedirəm. Obraza girsəm üzümü qırış basar.

Deyirlər sosial şəbəkədə təhqir yazırlar. Bir Xalq, Əməkdar artist bizi söyürsə, tamaşaçı da ondan güc alır. Deyir, işyoldaşı bunu söyürsə, biz də edək.

Allah sənə zirvəni yaşadır, orada qalmaq sənin borcundur. Mən də onlarla onların dilində danışsaydım, məni sevəcəkdilər. Kobud rəftar etsəydim, deyəcəkdilər, xatalı adamdı, qadasın alım, işim olmasın. Sənin susmağını elə başa düşür ki, zirvədədir. Demir ki, abrıma qısılıram, deyirəm, bəlkə susa. Heç olmasa dövlətin sənə verdiyi fəxri adı kölgədə qoyma, ona sahib çıx".

Proqram zamanı aparıcı Tural Əsədov "Etiraz etmirsən Elza Seyidcahana zəng edək" sözlərini söyləyib. Damla isə etiraz edib və "Onunla heç bir ədavətim yoxdur. Teatr üçün yazdığı bir mahnısı var, sevirəm. Onun yaradıcılığına şübhə etmək, savadsızlıqdır. Sevməyə, dinləməyə bilərsən. Amma başqa cür yanaşmaq lazımdır. Bizdə yanaşma tərzi yanlışdır. Canın yanırsa,d ediklərində haqlısansa, ayda yaşamıram zəng et, denən dərsimə gəl. Elə danışır ki, özüm də zəng vurmuram" sözlərini söyləyib./Axşam.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 4759   Tarix: 22 fevral 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Toydan 3 ay sonra ayrıldılar

Aparıcı Ece Erken 3 ay əvvəl ailə qurduğu Şafak Mahmutyazıcıoğlu ilə ayrılıb. Axşam.az-a istinadən xəbər verir ki, o, birlikdə olan fotolarını sosial şəbəkədən silib. Ece eyni zamanda soyadını da dəyişdirib. İyunda vəkil sevgilisi ilə uzun müddət davam edən münasibətini rəsmiləşdirən Erkenin bu addım

18.09.2021 5366
.

İlin ən gözəl qadını seçildi

"Glamour Magazine" jurnalında dərc olunan məqalədə ilin ən gözəl qadınının adı açıqlanıb. Axşam.az-a istinadən xəbər verir ki, bu ada türkiyəli aktrisa Hande Erçel layiq görülüb. Qeyd edək ki, aktrisa sonuncu dəfə "Sen çal kapımı" serialında baş rolu canlandırıb

17.09.2021 8355
.

Sənubər İsgəndərlidən XOŞ XƏBƏR

Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Xəzər TV" ilə anlaşıb. Onun proqramının adı "Sənətdən kənar" adlanır. Bu haqda S.isgəndərli özü məlumat yayıb. Verilişin çəkilişləri bir neçə gündü

17.09.2021 4207
.

Pandemiyada ikinci restoranını açdı

Aşıq Zülfiyyə pandemiya ərəfəsində biznesini gücləndirib. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bundan əvvəl yaşadığı binada restoran açmışdı. Bir neçə gün əvvəl isə aşıq yenidən restoran açıb. Onun açılış mərasiminə sənət dostları da qatılıblar. Qeyd edək ki, Zülfiyyə bundan əvvəl daha bir restoranını

17.09.2021 3697
.

AzTV-nin Ceyranı ad günü etdi - Fotolar

AzTV-nin aparıcısı, uzun illərdir efirdən uzaqlaşan Ceyran Rəhimovanın ad günü olub. Axşam.az-a istinadən xəbər verir ki, o, özəl gününü yaxınları ilə qeyd edib. Ad günündən şəkilləri Xalq artisti Nəzakət Teymurova sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, C.Rəhimova AzTV-dən uzaqlaşdıqdan sonra televiziy

18.09.2021 9970
.

"Bütün dünya bizim toyumuzdan danışacaq"

Sosial şəbəkə fenomeni Şeyma Subaşının misirli sevgilisi Mohammed Alsaloussi ilə evlilik planlarından danışıb. Axşam.az-a istinadən xəbər verir ki, Şeyma hazırda hər hansı tarix müəyyən etmədiklərini açıqlayıb: . "Bir gün mənə dedi ki, elə bir toy edəcəyəm ki, bütün dünya bir il boyunca bizim haqqımızd

16.09.2021 2225
.

"O səs Türkiyə"nin münsifləri açıqlandı

Türkiyənin məşhur aparıcısı, TV 8-in rəhbəri Acun Ilıcalı "O səs Türkiyə"nin yeni mövsümdəki münsiflərini açıqlayıb. xəbər verir ki, münsif kürsüsündə Ebru Gündeş, Oğuzhan Koç, Bəyazid Öztürk və Murad Boz əyləşəcək. Qeyd edək ki, yarışmanın çəkilişlərinə noyabrda başlanılacaq

15.09.2021 2403
.

Gülay Zeynallı koronavirusa yoluxdu: "7 gün sistem qoşdular"

Müğənni Gülay Zeynallı koronavirusa yoluxub. BİG.AZ xəbər verir ki, bu haqda ifaçı özü bildirib. Sənətçi xəstəliyi çox da ağır keçirmədiyini və tez zamanda əvvəlki sağlığına qovuşduğunu deyib:. "Bəziləri deyir ki, çoxlu dərmanlar əbul etdim amma xeyri olmadı. Açığı məndə belə olmadı. 7 gün davaml

18.09.2021 4164
.

Mina Hüseynin arxiv fotosu ORTAYA ÇIXDI

Müğənni Mina Hüseyndən xəbər var. xəbər verir ki, Mina sosial media hesabında arxiv fotosunu paylaşıb. Uşaqlıq fotosu ilə izləyicilərin marağına səbəb olan müğənni paylaşımı ilə xoş rəylər alıb. Həmin fotonu təqdim edirik:

17.09.2021 6686