"Efir sayəsində tanınmışıq, indi durub pul istəyək?" - Oksanadan REAKSİYA

"Efir sayəsində tanınmışıq, indi durub pul istəyək?" - Oksanadan REAKSİYA"Efirlərdən pul istəmək düzgün deyil. Çünki insanlar bizi televiziya sayəsində tanıyıb və seviblər".

BiG.AZ xəbər verir ki, bu sözləri rəqqasə-aktrisa Oksana Rəsulova İnstaqramda canlı yayımda olarkən deyib. Sənətçi ona ünvanlanan sualları cavablandırıb. Oksana müğənni Xatirə İslamın verilişlərə çıxmaq üçün pul istəməsi məsləsinə reaksiya verib:

"Nəticədə sən efir sayəsində tanınmış sima olmusan. Düzgün olmaz, bu, lazım deyil. Əvvəlcədən belə hal olsaydı, deyərdim yaxşı. Buna axı öyrəşməmişik, hələ bizdə bu qanun formalaşmayıb. Əgər telekanallar bunu özləri qəbul etsəydi, nə gözəl.

Amma indi büdcə yoxdur axı. Bir çox hallar var ki, seriallar, film üçün büdcə yüksək olmur. Balaca bir məbləğlə nələrsə etməyə çalışırıq. Kimisə bu mövzuda zorlamağı istəməzdim"./Axşam.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1875   Tarix: 22 fevral 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Tezbazar.az elanlar sayti