Onların Covid-19-a yoluxdurma riski daha azdır

Onların Covid-19-a yoluxdurma riski daha azdırPandemiya səbəbi ilə gündəlik həyat fəaliyyətimizin bir hissəsindən imtina etməli olduq. Bu kateqoriyaya uşaqlar da daxildir. Onlar da, tətbiq edilən karantin rejiminə əsasən bir müddət məktəbə getməyərək, təhsillərini distant formada davam etdirdi. Lakin, hazırda bir çox ölkələrdə təlim tədris prossesi yenidən bərpa edilib.

Bu dəfə alimlər məktəblərdə təhsil alan yeniyetmə və azyaşlıların koronavirusa yoluxdurma riskinin nə qədər olduğu haqqında araşdırmalar aparıblar.

İsrailin Haifa universitetində aparılan tədqiqatlar göstərib ki, 20 yaşınadək olan insanların virusu, həmin yaşdan yuxarı olanlarla müqayisədə daha az yayırlar.

Hətta 20 yaş üzəri insanlar Covid-19-dan dərhal təsirləndiyi halda, bu yaşı 20-dən az olanlarda bir yada iki simptomla özünü büruzə verir.(axşam.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 858   Tarix: 21 fevral 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş