Cəmi 5 dəqiqəyə necə yuxulamalı?
TikTok sosial şəbəkəsinin Psychologee ayamalı istifadəçisi video paylaşaraq cəmi beş dəqiqə ərzində yuxuya getməyin sirrini açıqlayıb.
"Bir-birilə heç bir əlaqəsi olmayan əşyaları fikrinizdə sadalamağa başlayın", - qız deyib.
BiG.AZ Sputnik Azərbaycan-a istinadən bildirir ki, onun sözlərinə görə, ağlınızdakı əşyalar nə qədər çox təsadüfi olsa, bir o qədər yaxşıdır. O qeyd edib ki, bu üsul ona yuxusuzluğun öhdəsindən gəlməyə yardım edib. Profilində diplomlu psixoloq olduğu qeyd olunan video müəllifi deyib ki, bu üsulu o özü də bir psixologiya müəllimindən öyrənib.
Videoya iki gün ərzində yarım milyon istifadəçi baxıb.
BiG.Az


Maraqlı Baxılıb: 1134 Tarix: 21 fevral 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş