Tarixin hələ də gizli qalan hadisə haqqında ilginc FAKTLAR - 300 nəfər bir gündə ağlını niyə itirib?

Tarixin hələ də gizli qalan hadisə haqqında ilginc FAKTLAR - 300 nəfər bir gündə ağlını niyə itirib?Tarixdə bir çox hadisələr var ki, onların aşkara çıxmaması üçün bir qrup insanlar mübarizə aparıblar. Lakin insanlar nə qədər cəhd göstərsələr də bu günə kimi bir çox qaranlıq hadisələr aşkara çıxıb.

Haqqında bəhs edəcəyimiz hadisə də biriləri tərəfindən unutdurulmağa çalışılıb. İstədiklərinə nail olsalar da haqqında bəzi cavabsız suallar qoyan hadisə ilə bağlı bir neçə məqamları diqqətinizə çatdıracağıq.

Söhbət "Lənətlənmiş çörək" adı ilə tarixdə öz yerini almış hadisədən gedir.

Fransanın Pont-St. Esprit kəndi bir vaxtlar hamının bir-birini tanıdığı və insanların barışıq içində yaşadığı kiçik bir kənd olub. Ancaq bir səhər bu kiçik kənddəki bütün insanlar yuxudan huşları getmiş bir vəziyyətdə ayılıblar. Eyni zamanda, güclü ürək bulanması və fiziki ağrılar da meydana gəlib. Kəndlilərin demək olar ki hamısı gördükləri hallüsinasiyaların təsiri altında olublar. Hadisə şahidləri 11 yaşlı bir uşağın nənəsini boğmağa çalışması, bəzilərinin özlərini ölmüş kimi qəbul etmələri, bəzilərinin xəyali heyvanlarla döyüşməsi, özlərini əjdaha ilə səhv salması kimi qəribə şeylər görüblər.

Həkimlər bu hadisəni eşitdikdən sonra dərhal hadisəni araşdırmağa başlayıblar. 300 nəfər müayinə olunub və ağır ruhi xəstə olan 50 nəfər ruhi xəstəxanaya aparılıb, nəzarət altına alınıb.

Tədbirdən sonra xəstələrin vəziyyəti daha da pisləşməyə başlayıb. 8 gün sonra xəstəxanada bir xəstə təyyarə olduğunu düşünüb və xəstəxananın 3-cü mərtəbəsindən tullanıb. Ruhi xəstəxanada müalicə alan xəstələrdən 6-sı orada intihar edib.

Müayinələrdən sonra həkimlər hadisənin başlanğıc nöqtəsinin kənddəki çörək sexi olduğu qənaətinə gəliblər. Çünki daha çox çörək yeyən insanlar ağır hallüsinasiyalar görürdülər, az yeyənlərin isə yalnız fiziki şikayətləri olduğu müşahidə edilib.

Araşdırma zamanı məlum olub ki, çörəkçi Roç Briandın səhvən narkotik təsiri olan erqot göbələyini çörək xəmirinə qarışdırıb.

Hadisələrdən iki il sonra kənddən daha bir nəfər intihar edib. Bundan sonra hadisəyə təkcə çörəyin səbəb olmadığına dair sual işarələri ortaya çıxıb. Daha sonra MKİ(Mərkəzi Kəşfiyyat İdarəsi) haqqında ortaya çıxan sənədlər məsələni hərtərəfli qarışdırıb.

İşi araşdıran jurnalistlər bir dərman şirkəti ilə MKİ agentləri arasında aparılan danışıqlara dair sənədləri ələ keçiriblər. Sənədlərdə kəndlilərin aparılan test zamanı dəli olduqları iddia edilir.

Əlbəttə ki, MKİ-nin bu kəndi ağıl nəzarəti təcrübəsi üçün istifadə etməsi iddiası hələ də sadəcə bir iddia kimi qalır. Hadisə hələ də tam aydınlanmayıb.(moderator.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1594   Tarix: 21 fevral 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Windows 11"də "Android" proqramlarını yükləmək mümkün olmayacaq

"Microsoft" şirkəti "Windows 11" üçün "Subsystem for Android" sisteminə rəsmi dəstəyin dayandırılacağını elan edib. Bildirilib ki, dəstək bir ildən sonra dayandırılacaq. "Gələn il martın beşindən sonra əməliyyat sistemi tərtibatçıları "Windows 11"də mobi

10.03.2024 398
.

İnsan orqanizmi üçün günün ən pis vaxtı hansıdır? - TƏDQİQAT

ABŞ-nin Miçiqan Universitetinin alimləri müəyyən ediblər ki, insanın əhvali-ruhiyyəsindən, sirkad (bioloji) saatından və digər amillərdən asılı olaraq səhər saat beş radələri günün ən pis vaxtıdır. Bu barədə "PLOS Digital Health Journal" tibbi nəşrində dərc olunan araşdırmada deyilir. Tədqiqatçıları

16.03.2024 881
.

Pilotların uçuş zamanı yuxuya getməsi qalmaqala səbəb olub

İndoneziyalı iki pilot uçuş zamanı yuxuya gedib və 30 dəqiqəyə yaxın zənglərə cavab verməyib. "Report" xəbər verir ki, bu barədə "The Guardian" yazıb. "Batik Air" aviaşirkətinə məxsus təyyarənin İndoneziyanın Cənub-Şərqi Sulavesi əyalətindən paytaxt Cakartaya uçması zaman

10.03.2024 694
.

Zimbabvedə "peyğəmbər" peyda olub: Azyaşlı uşaqları istismar edirmiş

Zimbabve polisi özünü "peyğəmbər" elan edən şəxsi həbs edib. Sekta lideri olan İşmail Çokuronqerv və onun yeddi tərəfdaşı müxtəlif cinayət əməllərinə görə saxlanılıblar ki, bu cinayətlərin içində azyaşlılara qarşı zorakılıq halları da olub. Polis Harare şəhəri yaxınlığındakı fermalardan birind

17.03.2024 393
.

Xankəndidə ermənilər yaşayan evdən Zeynəb Xanlarovanın kaseti tapıldı - VİDEO

Baku TV Xankəndi şəhərində vaxtilə ermənilərin yaşadığı evlərdən birində olub. Lentə alınan görüntülərdə evdə müxtəlif videokasetlər aşkarlanıb. Aşkarlanan kasetlərin arasında Xalq artisti Zeynəb Xanlarovanın mahnıları olan kasetin olması diqqət çəkib. Bu da ermənilərin Azərbaycan mədəniyyətinə böyü

23.03.2024 436
.

Xoşbəxtliyi yaşıl rəngdə görən 83 yaşlı qadın fenomen oldu - Fotolar

Bütün həyatını yaşıl rəngə boyayan 83 yaşlı Elizabet Svithartın saçından tutmuş paltarına qədər hər şeyi yaşıl rəngdədir. Yaşıl rəngə olan sevgisi onu instaqram fenomeninə çevirib. "Qafqazinfo" xəbər verir ki, "Daily Mail" instaqramda 500 minə yaxın izləyicisi olan "Yaşıl xanım"l

14.03.2024 634
.

Dünyada ilk dəfə olaraq cərrahlar xəstəyə donuz böyrəyini köçürüblər

ABŞ-nin Massaçusets ştatındakı tibbi mərkəzin cərrahları dünyada ilk dəfə olaraq geni dəyişdirilmiş donuzun böyrəyini canlı insana uğurla köçürüblər. Qeyd olunub ki, böyrək xəstəliyinin terminal mərhələsində olan Massaçusets ştatının Veymut şəhərindən olan 62 yaşlı Riçard Slayman dörd saat ərzində əməliyya

23.03.2024 345
.

İtlər hətta simvolları anlamaq qabiliyyətinə malikdirlər - ARAŞDIRMA

Alimlər kəşf ediblər ki, itlər əslində bizim düşündüyümüzdən daha çox söz və rəmz başa düşmək qabiliyyətinə malikdirlər. Alimlərin bu yeni araşdırması Britaniyada dərc edilən "Current Biology" jurnalında çap edilib. Belə ki, mütəxəssislər elektroensefaloqrafiya (baş beyinin summar elektri

24.03.2024 298
.

Dünyada cəmi 75 nəfərdə olan xəstəlik: İnsanları şeytan simasında görür - VİDEO

ABŞ-nin Tennessi ştatından olan 59 yaşlı yük maşını sürücüsü dünyada cəmi 75 nəfərdə olan nadir "şeytan üzü" sindromuna tutulub. Üç il əvvəl peyda olan xəstəlik Viktor Şerrahın həyatını qorxu filminə çevirib. İndi o insanların üzünü ağız, qulaq və göz ucları yuxarı dartılmış şəkildə görür

24.03.2024 680