43 yaşında 20 yaşındakından CAVAN görünən iki uşaq anasının 9 SİRRİ - FOTO
Avstraliyanın Kvislend ştatının Qold-Kost şəhərinin 43 yaşlı sakini Belinda Norton solmayan gözəlliyinin sirlərini açıqlayıb.
BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mail" yazır.
Hazırda 20 il öncəkindən daha gözəl görünən müəllimə daim cavan qalmaq istəyənlərə 7 məsləhət verib:
1. Yediklərinizə fikir verin. Qidaların keyfiyyəti məşqlərdən qat-qat önəmlidir, bol su içmək isə dəriniz və bütün orqanizminizin fəaliyyəti üçün ondan da əhəmiyyətlidir.
2. Sağlamlığınıza diqqət edin, onu pulla almaq olmur.
3. Yuxu rejiminizə xüsusi diqqət ayırın. Doyunca yatın. Yatmazdan öncə telefon, kompüter və digər şüalı cihazlardan uzaq olun. Keyfiyyətli yuxu sağlamlığın açarıdır. Yatmazdan öncə varlığına görə şükr etdiyiniz azı iki şeyi xatırlayın və hüzur hissiylə yuxuya gedin.
4. Hər gün yoqayla məşğul olun ki, bədəniniz elastikliyini itirməsin.
5. Aktivliyinizi itirməyin. Daim hərəkətdə olun, idman edin. Bunun daha zövqlü olması üçün iki uşaq anası olan Belinda övladlarınızı da özünüzə qoşmağı təklif edir.
6. Həftədə azı bir dəfə sübh tezdən, günəşlə birlikdə oyanıb səhər gəzintisinə çıxın. Son 10 il ərzində həmin qaydaya əməl edən Nortonun sözlərinə görə, bu sizin əhvalınızı bütün gün ərzində yüksək tutacaq: "Günəş sənə enerji bəxş edir, şəfəq isə ən çətin mənəvi əzabları belə, yüngülləşdirib pozitivlik verəcək".
7. Duzlu vanna qəbul edib üz maskalarından istifadə edin. Bu, bir həftəlik yorğunluğu və stressi atmağa kömək edəcək.
8. Pulunuzu nəyə xərclədiyinizə diqqət edin. Haradan gəlib, hara getdiyini nəzarətdə saxlamaq üçün yazılı qeydlər aparın. Maliyyə məsələlərinin məsuliyyətini öz üzərinizə götürün və daim ehtiyatda pulunuzun olması üçün qənaətçil olun.
9 Öz həyatınızın məsuliyyətini özünüz daşıyın. Belinda hətta ərə getdikdən sonra da öz şəxsiyyətinizi, adınızı qorumağı və ayrıca bank hesabınızın olmağını məsləhət görür: "Sənin adın sənin şəxsiyyətindir, başqasının mülkü deyil".
Belinda Norton haqqında daha ətraflı bilmək istəyənlər onun saytına daxil ola bilərlər.
Natəvan Baxşiyeva
BiG.Az


Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş