Ayaqyoluna gedən qadın həyatının ŞOKUNU YAŞADI: Unitazda gizlənən...

Ayaqyoluna gedən qadın həyatının ŞOKUNU YAŞADI: Unitazda gizlənən...ABŞ-ın Alyaska ştatında ayaqyoluna gedən qadın həyatının şokunu yaşayıb: unitazda gizlənən ayı onu dişləyib.

BiG.AZ xəbər verir ki, bu barədə "KTOO" radiostansiyası məlumat yayıb.

Belə ki, Heyns şəhərindən olan Şennon Stivens həftə sonunu Çilkat gölünün sahilindəki bağ evində keçirtmək qərarına gəlib. Axşam saatlarında o, çöldəki tualetə getdikdə birdən kiminsə onu arxadan dişlədiyini hiss edib. Dərhal ayağa qalxıb qışqıran qadının köməyinə qardaşı Erik Stivens gəlib.

O, fənəri yandırıb unitazın qapağını açdıqda içəridən ayının ona baxdığını görüb.

Dərhal qapağı bağlayıb evə qaçan bacı-qardaş səhərədək küçəyə çıxmayıblar.

Ertəsi gün tualetə baxdıqda yırtıcı heyvan artıq oranı tərk etmiş olub.

Hadisə yerində izləri araşdıran bioloq Karl Koçun sözlərinə görə, qadına hücum edən qara ayı olub. Alyaskada, həmçinin, qəhvəyi və ağ ayılara da rast gəlinir.

Natəvan Baxşiyeva


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1733   Tarix: 20 fevral 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş