Gözəlliyi başına bəla oldu, xəstəxanadan qovuldu - FOTO

Gözəlliyi başına bəla oldu, xəstəxanadan qovuldu - FOTORumıniyadan olan 27 yaşlı Klaudiya Ardelean, iki ali təhsillidir, onlardan biri hüquq elmindədir.

BiG.AZ-ın Lent.az-a istinadla verdiyi xəbərə görə, Transilvaniyadakı bir klinik xəstəxanada ödənişsiz bir işə götürüldüyü zaman sadəcə həyəcanlanmışdı. Qız rəhbərlik vəzifəsi almışdı və bələdiyyə nümayəndəsi kimi çıxış edirdi.

Sarışın gözəl bu xəbəri 40 mindən çox abunəçisi olduğu "Instagram"da paylaşmışdı. Ancaq gözəlin sevinməsi uzun müddət çəkməyib. Bir çoxları isə onun yalnız görünüşünə görə vəzifə aldığını yazıblar. Bundan az sonra onu işdən çıxarıblar.

Yerli KİV-dəki xəbərlərə görə, işdən çıxarılmasına səbəb Klaudiyanın sözün həqiqi mənasında həddindən artıq cəlbedici olmasıdır. O, əvvəllər model olub və gözəllik müsabiqəsinin qalibi seçilib.

Qız hazırda yerli şirkətdə vəkil işləyir. İşdən çıxarılmasını isə şərh etməyib.

Gözəlliyi başına bəla oldu, xəstəxanadan qovuldu - FOTOGözəlliyi başına bəla oldu, xəstəxanadan qovuldu - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1939   Tarix: 18 fevral 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş