Antarktida "qanlı" qar örtüyünə bürünüb - FOTO
Antarktidada Ukraynanın "Akademik Vernadski" stansiyasını "qanlı" qar örtüb.
"Sputnik"in məlumatına görə, bu barədə Milli Antarktida Elm Mərkəzinin Mətbuat xidməti kadrlar yayıb.
Bildirilir ki, narahat olmağa ehtiyac yoxdur. Qütb tədqiqatçıları bu təbiət hadisəsini hər il müşahidə edirlər.
Elm adamlarının sözlərinə görə, Antarktida yayının sonunda qar "çiçəklənir" və qırmızı rəng alır. Bu rəng qarda mikroskopik yosunların inkişafı nəticəsində ortaya çıxır. Onlar ekstremal temperaturdan qorxmayan sporlarla çoxalırlar.
"Qar çiçəklənməsi" iqlim dəyişikliyinə kömək edir. Rəng sayəsində qar daha az günəş işığını əks etdirir və daha tez əriyir. (oxu.az)
BiG.Az


Maraqlı Baxılıb: 1421 Tarix: 17 fevral 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş