Son günlər dillərdən düşməyən "Clubhouse" nədir?

Son günlər dillərdən düşməyən "Clubhouse" nədir?Son bir neçə həftədir sosial şəbəkələr arasında ən çox müzakirə edilən "Clubhouse" olub. Dünyada məşhur olan bu sosial şəbəkəni bir çoxları "TikTok"un qatili də adlandırırlar. Belə ki, "Clubhouse" yarandıqdan sonra "TikTok" istifadəçilərinin sayı azalmağa başlayıb.

BiG.AZ xəbər verir ki, xarici media yeni sosial şəbəkə ilə bağlı material hazırlayıb. Hazırda yalnız IOS istifadəçilərinin yükləyə bildiyi proqram hələ 2020-ci ilin martında yaranıb. "Google"un keçmiş əməkdaşları Pol Devidson və Rohan Set tərəfindən hazırlanan "Clubhouse" "Zoom"un alternativ versiyasıdır. Tək fərq isə videogörüntü olmadan danışmaqdır.

2021-ci ilin fevralında "Clubhouse" istifadəçilərinin sayı 2 milyona çatıb. Sosial şəbəkənin özəlliyi onun bağlı olmasıdır. Ora ya uzunmüddətli qeydiyyatdan sonra, ya da üzvlərdən birinin dəvəti ilə üzv ola bilərsiniz.

Digər bir özəlliyi isə odur ki, müzakirə başa çatdıqdan sonra söhbət itir. "Clubhouse"a kiminsə daxil olub danışıqları dinləmək imkanı yoxdur. Eyni zamanda ekrandan söhbəti çəkmək olmur. Həmin an video səssiz lentə alınacaq.

Son günlər sosial şəbəkəyə olan maraq o qədər böyüyüb ki, bir çoxları "dəvət" haqqını pulla satır. Yəni bir insan pul ödəyərək onun dəvət edilməsini satın alır. "Clubhouse"a dəvət haqqını hər qeydiyyatdan keçən şəxs qazanır. Əvvəl onların yalnız iki dostunu dəvət etmə haqqı olur, daha sonra isə bu siyahı böyüyə bilər./Axşam.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1046   Tarix: 16 fevral 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş