Millimiz Qran Pridə üç medal qazanıb

Millimiz Qran Pridə üç medal qazanıbAzərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin atletika idman növü üzrə milli komandası bu gün vətənə qayıdıb.

BiG.AZ Oxu.Az-a istinadən xəbər verir ki, 10-13 fevral tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilmiş yerli şahzadə (BƏƏ-nin vitse-prezidenti və baş naziri, Dubay əmiri Şeyx Məhəmmədin oğlu – S.M.), Dubay İdman Şurasının prezidenti Fazzanın adını daşıyan XII açıq çempionatda – Qran Pridə altı idmançı ilə təmsil olunan komandamız yarışlarda bir qızıl, iki bürünc olmaqla ümumilikdə üç medal qazanıb.

Heydər Həmidli nizə atmada (F57 kateqoriyası) qızıl medal (43.75 m nəticə ilə) əldə edib. Elvin Astanov (F53 kateqoriyası) və Oloxan Musayev (F56 kateqoriyası) nüvə itələmədə bürünc medal (müvafiq olaraq 7.30 m və 10.65 nəticə ilə) qazanıblar.

Beləliklə, Heydər Həmidli və Elvin Astanov dünya reytinqinin ilk "onluğ"unda qərarlaşaraq "Tokio 2020" XVI Yay Paralimpiya Oyunlarına lisenziya qazanmaq şanslarını daha da artırıb.

Qeyd edək ki, aprelin 1-də Beynəlxalq Para Atletika Federasiyası "Tokio 2020"yə lisenziya qazanmış idmançıların adlarını açıqlayacaq.

Komandamızın növbəti yarışı Tunisdə olacaq. 14-21 mart tarixlərində keçiriləcək yarış Tunis Qran Prisi adlanır.

İndiki duruma görə, para atletlərimizdən Oloxan Musayev, Samir Nəbiyev və Kamil Əliyev 2019-cu ildə Dubayda keçirilmiş dünya çempionatındakı nailiyyətlərinə görə Paralimpiya Oyunlarına birbaşa lisenziya qazanıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 670   Tarix: 15 fevral 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Lorenzo Sotomayor karyerasını başa vurub

Azərbaycan Boks Federasiyasının (ABF) iclası keçirilib. ABF-dən "Report"a verilən məlumata görə, Tokio-2020 Yay Olimpiya Oyunlarının yekunu və növbəti Olimpiya tsiklinə hazırlıqla bağlı təşkil olunan toplantıda qurumun vitse-prezidentləri Süleyman Mikayılovla Rövşən Hüseynov, baş katib Nağ

12.09.2021 599
.

Lamiyə Vəliyeva: "Özümlə fəxr edirəm"

"Çox sevinirəm ki, ikinci medalımı əldə etdim və bu, "qızıl" oldu. Özümlə fəxr edirəm. Rəqiblərim güclü idi, amma qalib gəldim". "Report"un məlumatına görə, bu fikirləri Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan para-atleti Lamiyə Vəliyeva deyib

04.09.2021 1126
.

Azərbaycanlı idmançı Paralimpiya rekordu qırıb, qızıl medal qazandı

Atletikanın nüvə itəlmə növü üzrə idmançımız Elvin Astanov (F53 kateqoriyası) Tokio Paralimpiya Oyunlarında Azərbaycana səkkizinci qızıl medalı qazandırıb. O, 8.77 metr nəticə göstərərək Paralimpiya rekordunu yeniləyib və yarışların qızıl medalını qazanıb. Qeyd edək ki, bu nəticə ilə Azərbaycan meda

29.08.2021 1349
.

"Barselona"nın futbolçusu "Beşiktaş"da oynayacaq

Türkiyənin "Beşiktaş" klubu İspaniya "Barselona"sının futbolçusunu heyətinə qatıb. "Qara qartallar" katalon klubunun bosiyalı üzvü Miralem Pyaniçi icarəyə götürüb. "Barsa"da illik 8 milyon avro məvacib alan Pyaniçə İstanbul təmsilçisinin heyətində 3 milyon avr

02.09.2021 898
.

MDB Oyunları: Azərbaycan karateçiləri qızıl və gümüş medallar qazandı

Azərbaycan karateçiləri Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında final görüşlərinə çıxıblar. "Report"un məlumatına görə, 50 kq-da mübarizə aparan idmançımız İnci Əzizova özbəkistanlı Nəsibəbanu Narbayeva ilə final görüşünə çıxıb. Rəqibini 5:1 hesabı ilə məğlub edən Əzizova yarışı

11.09.2021 671
.

UEFA səfər oyunlarında azarkeşlərin iştirakına icazə verdi - FOTO

UEFA gələn həftədən etibarən avrokuboklar və milli komandaların səfər oyunlarında azarkeşlərin iştirakına izacə verib. Bu barədə Avropa Futbol Azarkeşləri (FSE) təşkilatı məlumat yayıb. Azarkeşlərin pandemiya ilə bağlı bütün qaydalara əməl etməsinin vacibliyi qeyd olunub

06.09.2021 593
.

Mahir Emreli Polşanın qəhrəmanına çevrildi - VİDEO

Mahir Emreli "Legiya"nı Avropa Liqasının qrup mərhələsinə çıxaran qollara imza atıb. xəbər verir ki, Emreli "Slaviya" (Praqa) ilə qarşılaşmanın 59-cu və 70-ci dəqiqələrdə fərqlənməklə komandasına qələbə qazandırıb - 2:1. Mahir Emreli iki oyunda üst-üstə 3 qol, avrokuboklarda isə ümumilikd

27.08.2021 1005
.

CAS-ın Nurlan İbrahimovun şikayətinə baxacağı tarix açıqlandı

İdman Arbitraj Məhkəməsi (CAS) "Qarabağ" klubunun keçmiş mətbuat katibi Nurlan İbrahimovun UEFA-ya qarşı şikayət ərizəsinə baxacaq. Dinləmələr oktyabrın 8-nə təyin edilib. Xatırladaq ki, Nurlan İbrahimov 44 günlük müharibə zamanı "Facebook" hesabında ermənilərlə bağlı paylaşımın

29.08.2021 669
.

Futbolda BU DA OLDU: Baş məşqçi...

Avropa Liqasına düşən klubun baş məşqçisi jurnalistlərin qarşısına paltarsız çıxdı. Belçikanın "Antverpen" klubunun baş məşqçisi Brayan Priske Pedersen Avropa Liqasının qrup mərhələsinə düşdükdən sonra jurnalistlərin yanına paltarsız gəlib. -ın -a istinadla verdiyi xəbərə görə, mütəxəssis mətbua

27.08.2021 1769