Torpaqda insan barmağı görüb DƏHŞƏTƏ GƏLDİ - Məlum oldu ki...- FOTO
Britaniyada qadın gəzinti zamanı nəm torpaqda qəribə "tapıntı" ilə qarşılaşıb. O, yerin altından insan barmağının çıxdığını düşünərək dərhal polisə müraciət edib.
BiG.AZ xarici mətbuata istinadən xəbər verir ki, qadın həmin "barmağ"ın fotosunu da çəkib.
Lakin hadisə yerinə gələn polislər bunun barmaq yox, göbələyin yanında bitən kartof olduğunu müəyyən ediblər.
Buna baxmayaraq, polislər qadına operativliyinə və diqqətinə görə təşəkkür ediblər.
"Narahatlığınız sonradan boşuna çıxsa belə, bizə dərhal məlumat verməyi xahiş edirik. Tapıntı, məsələn, tərəvəz olsa, bizim sadiq itlərimiz üçün yem olar", - deyə polislər yarızarafat məsələyə münasibət bildiriblər.
Natəvan Baxşiyeva
BiG.Az


Maraqlı Baxılıb: 1559 Tarix: 28 yanvar 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş