Əsirlikdən qayıdan Bayram orta məktəb imtahanı verdi - VİDEO

Əsirlikdən qayıdan Bayram orta məktəb imtahanı verdi - VİDEOƏsirlikdən qayıdan Gəncə sakini Bayram Kərimovdan xəbər var.

BiG.AZ Sonxeber.az-a istinadən xəbər verir ki, Bayram bu gün onlayn imtahan verib. O, saytımıza özəl olaraq bu barədə danışıb:

"2008- ci ildə orta məktəbdən çıxaraq peşə məktəbinə daxil oldum. İki il oxuduqdan sonra peşə məktəbindən könüllü əsgərliyə getdim. Daha sonra məktəbi bitirmədim. Bu gün 28 yanvar tarixdə on bir illik attestatıma görə onlayn imtahan verdim. İmtahan uğurlu keçdi".

Qeyd edək ki, imtahan eksternat qaydada keçirilib. Bu qaydada imtahanların keçirlməsi istənilən yaşda şəxsə şamil edilə bilər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2026   Tarix: 28 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş