Qadın dəfn zamanı DİRİLDİ

Qadın dəfn zamanı DİRİLDİHindistanın Karnataka ştatının Banqalor şəhərində Yasmin Banu adlı qadın beyin ölümü diaqnozu qoyulduqdan sonra dəfn edilərkən dirilib.

BiG.AZ esoreiter.ru-ya istinadən xəbər verir ki, bu barədə "The Hindu" yazır.

Hadisə yanvarın 17-də baş verib.

Belə ki, evdə huşunu itirən qadının qardaşı onu xəstəxanaya aparıb. Həkimlər təcili əməliyyata ehtiyac olduğunu deyiblər. Lakin xəstəxanada yetərincə çarpayı olmadığı üçün Yasmini müalicə etməkdən imtina ediblər. Səhəri gün qadın özəl klinikaya köçürülüb.

Qardaşı 130 min rupi (3 000 manata yaxın) avans ödəsə də, əməliyyatdan öncə həkimlər onun beyninin öldüyünü bildirərək, evə aparılmasını istəyiblər.

Dəfn mərasimində torpağa basdırılmadan bir neçə dəqiqə əvvəl qadın yenidən nəfəs almağa başlayaraq hər kəsi şoka salıb. Onun nəbzinin normal olduğunu görən yaxınları Yasminə su verib və yenidən xəstəxanaya aparıblar.

Onu müalicə edən həkimlər qeyd ediblər ki, heç bir sənəddə qadının öldüyü barədə məlumat olmayıb.

Natəvan Baxşiyeva


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1078   Tarix: 28 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş