Son 3 günün intiharlarını birləşdirən SƏBƏB AÇIQLANDI

Son 3 günün intiharlarını birləşdirən SƏBƏB AÇIQLANDIAzərbaycanda növbəti intihar hadisəsi baş verib. Belə ki, bu gün Abşeron rayonu, Xırdalan şəhərində daha bir intihar hadisəsi qeydə alınıb.Qeyd edək ki, bu 3 gündə baş verən 4-cü intihar hadisəsidir. 3 gün ərzində baş verən 4 intihar hadisəsini bir-biri ilə hansı səbəb bağlayır?

BiG.AZ xəbər verir ki, bununla bağlı Sonxeber.az-ın sualını cavablandıran Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov bildirib ki, intihar hadisələr 20 əsirin sonu 21 əsirin əvvəlində bəşəriyyəti narahat edən problem kimi dəyərləndirilir:

"Bunun da bir çox səbəbləri var. Stress, genetik, sosial və psixoloji faktorlar. Əvvəlki bununla bağlı təsnifatlarda qeyd edilirdi ki, intihar edənlər daha çox tənha, uzun müddət xəstəlikdən, zərərli vərdişlərdən əziyyət çəkən və psixoloji problemləri olan insanlar idi. Bugünkü intiharlardan isə fərqli mənzərələr ortaya çıxır. Səhhətində problemi olmayan, tənhalıqdan və ya psixoloji problemlərdən əziyyət çəkməyən insanlar da intihar edir. Bunu da stress, depressiya və fərdi psixolloji narahatlıqla əlaqələndirirlər. Eyni zamanda biz ailədaxili və şəxslər arası problemləri də bura daxil edə bilərik".

Psixoloq qeyd edib ki, dünyada intihar hadisələri artan dinamika ilə davam edir:

"Pandemiya zamanı qeyd etmişdik ki, intihar hadisələri və ailə daxili konfliktlər arta bilər. Son günlər baş verən intihar hadisələri ilk olaraq Nərmanov rayonunda başladı. Nərimanovda baş verən intihar hadisəsi çəkilib mətbuatda və sosial şəbəkədə paylaşıldı, həmçinin manşet xəbər edildi. Mütəxəssislər də qeyd edib ki, intihar hadisəsi geniş yayılanda bu cür hallar azalmır, əksinə artır.

Bir həftə və ya 10 gün bu cür intihar hadisələri təkrarlanır. Əgər intihar hansı formada baş veribsə və manşet olubsa, o üslubda da bu hadisələr artır. Son günlər baş verən intiharlar yüksək mərtəbəli binadan özünü artmaqla həyata keçirilib. Əgər başqa formada intihar hadisəsi baş versəydi və bu cür manşet xəbər olsaydı, əmin olun o formada da intiharlar davam edəcəkdi. Bu cür hadisələr işıqlandıqca artır. Problem qabardıldıqca azalmır, əksinə çoxalmağa başlayır. Bu proseslərdə də səbəblər müxtəlif ola bilər. Detallı səbəbi yalnız hüquq mühafizə orqanları müəyyən edə bilər.

Heç kim kefindən intihar etmir. İntihar edən şəxs sabahını və gələcəyini görmür. Ümidsiz olur. Belə olanda da manşet xəbəri kimi intiharı görərsə düşünür ki, mən də edə bilərəm. Onlara zamanında dəstək olmaq lazımdır. İlk olaraq ailə bu məsələdə ailə dəstəyini əsirgəməməlidir. Bu məsələyə biganə qalmaq olmaz. Daha sonra mütəxəssisə müraciət etmək lazımdır. Düşünürəm ki, bu istiqamətdə psixoloji maarifləndirmə və proflaktika işləri fasiləsiz davam etməlidir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3156   Tarix: 28 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Almaniyada avtobus avtomobil yolunda aşıb

Almaniyanın Leypsiq şəhərində avtobus magistral yolda aşıb. BİG.az xəbər verir ki, hadisə nəticəsində 4 nəfər həyatını itirib. 20-dən çox adam yaralanıb. Avtobusun İsveçrənin Sürix şəhərinə getdiyi bildirilib. Avtobusun hansı səbəbdən aşdığı məlum deyil. Sözügedən yolda nəqliyyat vasitələrinin hərəkət

13:09 0
.

Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO

Azərbaycanın Əməkdar artisti Rahib Əliyev vəfat edib. xəbər verir ki, bununla bağlı məlumat sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Əməkdar artist bu gün 78 yaşında vəfat edib. Xatırladaq ki, Rahib Əliyev 12 iyul 1945-ci ildə Bakı şəhərində anadan olub. 1967-ci ildən indiyə qədər Azərbaycan Dövlə

17:48 0
.

Sabah 20° isti olacaq

Mart 29-na gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperatur

12:44 0
.

İftar süfrəsi üçün dadlı reseptlər

İftar menyusunu təqdim edirik:. Pendirli əriştə şorbası. Ərzaqlar:. Süd - 2,5 st. Yumurta - 3 ədəd. Duru pendir - 3 st. Kərə yağı - 1 x Ət bulyonu. Duz zövqə görə. Un apardığı qədər. Soğan - 1 ədəd. Hazırlanması:. Süd, yumurta, 2 stəkan pendir və undan ibarət xəmir yoğur. Xəmirləri əriştə formasınd

17:16 0
.

Narkotikə anası ilə birgə başlayan Tupakın müəmmalı ölümü - VİDEO

Baku TV-də yayımlanan "Retro Baku" verilişinin yeni buraxılışı efirə gedib. Verilişin budəfəki sayı tarixin ən böyük hip-hop sənətçilərindən biri olan Tupak Amaru Şakura həsr olunub. Tupak Amaru Şakur 16 iyun 1971-ci ildə Nyu-Yorkda anadan olub. Doğulanda adı LesEyn Periş Kruks olub. Bu a

23:45 0
.

"Ermənistanın KTMT təlimlərdə iştirak etməyəcəyi gözlənilən idi" - Politoloq

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) bu il "Rubej 2024" adlı birgə təlim də daxil olmaqla yeddi təlim keçirəcək.Bu barədə təşkilatın baş katibi İmanqali Tasmaqambetov "Milli Müdafiə" jurnalına müsahibəsində deyib.Hazırda KTMT-yə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan

15:38 0
.

Liftdəki ölümə görə yüksəkvəzifəli şəxsə şiddətli töhmət verildi - FOTO

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı ilə əlaqədar ümumi lift təsərrüfatının vəziyyəti təhlil edilib. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib. Qeyd edilib ki, Bakı Şəhər İcra Hakimiyyətind

14:11 0
.

İsrail 7 oktyabrdan etibarən 212 məktəbə zərbə endirib

İsrail 7 oktyabrdan etibarən Qəzzaya hücumları davam edir. BİG.AZ xəbər verir ki, İsrail 212 məktəbə zərbə endirib. Bu barədə Birləşmiş Millətlər Təşkilatı (BMT) və bəzi qeyri-hökumət təşkilatlarının hazırladığı hesabatda bildirilib. Həmin məktəblərdən 53-ü tamamilə məhv edilib

14:47 0
.

Albaniyanın Azərbaycandan qaz idxal etmək istəyi haqqında

"Bu istək təzə deyil. Hələ 16 il əvvəl Albaniya bu istəyini 2008-ci ildə Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilmiş zirvə görüşündə bildirmişdir. Bunun üçün əla fürsət var. Çünki, Yunanıstanın Türkiyə ilə sərhədində yerləşən Kipoi kəndindən başlayan TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 21

16:37 0